IX siniflərdə "Həyat bilgisi" fənni tədris olunmayacaq
Ümumtəhsil məktəblərinin həm tədris Azərbaycan dilində, həm də tədris digər dillərdə olan bölmələrində IX siniflərə "Həyat blgisi" fənninin tədrisi dayandırılıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu, "Ümumi təhsil müəssisələrinin I-XI siniflərinin 2026-2027-ci tədris ili üçün tədris planı"nda öz əksini tapıb.
Beləliklə, ötən tədris ilində "Həyat bilgisi" fənninə ayrılmış həftəlik 1 saat dərs yükü Kimya fənninə verilib.




