Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib
İyulun 4-də Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə Bakı şəhər Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova, S.C. Pişəvəri adına humanitar fənlər gimnaziyanın direktoru İlqar Talıbov iştirak ediblər.
Qeyd edək ki, müsabiqənin final mərhələsində yarışan 3 000-ə yaxın şagirdin arasından 262 qalib seçilib. Qaliblərə medallar, diplomlar və hədiyyələr təqdim olunub.




