Kimya dərsində kolba qırılıb, şagird xəsarət alıb
Masallı şəhəri İntiqam Əsgərli adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində VIII siniflərdən birində kimya dərsi zamanı təcrübə prosesində kolbanın sürüşməsi nəticəsində içərisindəki məhlul partaya və yaxınlıqda olan şagirdlərdən birinə sıçrayıb.
Bu barədə "Azərbaycan müəllimi"nə Lənkəran-Asrata Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, hadisədən dərhal sonra şagirdə ilkin yardım göstərilib, müayinə və zəruri tibbi yardım üçün müvafiq tibb müəssisəsinə yönləndirilib.
Şagirdin səhhəti nəzarətdə saxlanılır.




