Kitabxanaçı və təsərrüfat müdiri vəzifəsi üzrə işləmək istəyənlərin NƏZƏRİNƏ!
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxanaçı, məktəbəqədər təhsil müəssisələrində isə təsərrüfat müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində 30-34 bal aralığında nəticə göstərən namizədlər müsahibəyə cəlb olunacaqlar.
İdarədən "Azərbaycan müəllimi"nə bildirilib ki, müsahibədə iştirak etmək istəyən namizədlər 26 noyabr 2025-ci il tarixindən 4 dekabr 2025-ci il saat 17:00-dək BŞTİ-yə yaxınlaşaraq ərizə ilə müraciət edə bilərlər.
Namizədlər şəxsiyyəti, təhsili təsdiq edən sənədin və əmək kitabçasının (olduğu təqdirdə) surətini ərizə ilə birlikdə təqdim etməlidirlər.
Namizədlərin məlumatları yoxlandıqdan sonra uyğun namizədlərə müsahibənin vaxtı və məkan haqqında məlumat qeydiyyatdan keçdikləri mobil telefona SMS vasitəsilə göndəriləcək.
Müsahibəni uğurla keçən namizədlər nəticələrə uyğun olaraq müvafiq vakant yerlərlə təmin olunacaqlar.
-
AytənMəktəblərdə kitabxanaçı və təsərrüfat müdüri işləmək istəyirəm.Təhsilim orta ixtisas .mənim haqqda ətrafll məlumat üçün mənə dönüş edə bilərsiniz21 gün əvvəlCavablaLike (0) -
Nabat HaciyevaBağçada zavxoz da işləyə bilərəm ADPU nun pedaq psix məktəbəqədər fakültəsini bitirmişəm işsizəm25 gün əvvəlCavablaLike (0) -
HacıyevaKitabxanada işləmək istəyirəm ünvanı yazardıniz və ya ling atın ərizə və ya əmək kitabçamın kopyasını göndərim25 gün əvvəlCavablaLike (2)


