Kolleclərə qəbul şərtləri dəyişməyib – Məleykə Abbaszadə

6 May, 2026 - 15:38
Kolleclərə qəbul şərtləri dəyişməyib – Məleykə Abbaszadə

“Kolleclərə qəbul və müsabiqə şərtləri dəyişməz qalır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Məleykə Abbaszadə “ASAN Radio”ya müsahibəsində səsləndirib.

O bildirib ki, müsabiqəyə buraxılma şərtləri elan olunub və bu şərtlər qüvvədə qalacaq.

M.Abbaszadə qeyd edib ki, kolleclərə qəbul olunanların sayının nə qədər olacağı hələlik dəqiq məlum deyil: “Hazırda bu barədə konkret rəqəm demək mümkün deyil, amma mən düşünürəm ki, keçənilki səviyyəyə yaxın olacaq”.

Onun sözlərinə görə, ümumi abituriyent kontingentində ciddi dəyişiklik müşahidə olunmur: “Sosial şəbəkələrdə, xüsusilə balların paylaşılmasına və statistikaya baxdıqda görürük ki, abituriyentlərin sayı və ümumi toplu təxminən əvvəlki illərin səviyyəsindədir”.