LDU-da Anım Gününə həsr olunan tədbir keçirilib

25 Sentyabr, 2026 - 20:20
LDU-da Anım Gününə həsr olunan tədbir keçirilib

LDU-da Anım Günü tədbiri və kitab təqdimatı
Lənkəran Dövlət Universitetində (LDU) 27 Sentyabr – Anım Gününə həsr olunmuş  anım tədbiri keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, Vətən uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinə həsr olunan tədbir çərçivəsində, eyni zamanda, universitetin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri, dosent Esmira İsmayılovanın müəllifi olduğu “Lənkəran Dövlət Universitetinin Zəfər şəhidləri” kitabının rəsmi təqdimat mərasimi baş tutub.

Tədbirdə universitetin professor-müəllim və tələbə heyəti ilə bərabər, LDU-nun və onun nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kollecin şəhid olmuş tələbə və məzunlarının ailə üzvləri, həmçinin 44 günlük Vətən müharibəsinin rəşadətli veteranları iştirak ediblər. 

Mərasim iştirakçıları ilk öncə universitetin I saylı tədris korpusunun həyətində ucaldılmış şəhid tələbə və məzunların xatirə abidə kompleksini ziyarət ediblər. Abidə önünə təzə-tər qərənfillər düzülərək qəhrəmanların xatirəsi dərin ehtiramla yad olunub. 

Ziyarətin ardınca tədbir universitetin Akt zalında öz işini davam etdirib. Akt zalındakı mərasim Azərbaycan Respublikasının Dövlət Himninin əzəmətli sədaları ilə başlayıb. Daha sonra ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin rəsmi hissəsini açan LDU-nun Tədris məsələləri üzrə prorektor vəzifəsini icra edən, dosent Zaur Məmmədov universitetin rektoru, professor Natiq İbrahimovun salamlarını  bütün iştirakçılara, xüsusilə də şəhid ailələrinə çatdırıb. O, 44 günlük Vətən müharibəsinin xalqımızın çoxəsrlik tarixindəki müstəsna əhəmiyyətindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi Zəfərin fəlsəfəsindən və bu qələbənin gənc nəslin milli mənlik şüurunun formalaşmasındakı böyük rolundan bəhs edib.

Daha sonra çıxış üçün söz “Lənkəran Dövlət Universitetinin Zəfər şəhidləri” kitabının müəllifi, dosent Esmira İsmayılovaya verilib. E.İsmayılova kitabın ərsəyə gəlmə prosesindən, topladığı xatirələrdən danışaraq bu fundamental araşdırmanı qəhrəmanların müqəddəs ruhu qarşısında mənəvi bir borc adlandırıb, kitabın LDU ailəsinin ortaq zəhməti hesabına başa gəldiyini deyib. Müəllif, kitabın hazırlanmasında fəal iştirak edən, xatirələrini bölüşən və dəstək olan bütün şəhid ailələrinə öz minnətdarlığını ifadə edib.

LDU-nun Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, eyni zamanda Qarabağ müharibəsi veteranı olan dosent Qədim Rufullayev isə öz döyüş xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. O, universitet daxilində tələbələrin vətənpərvərlik tərbiyəsi istiqamətində mütəmadi olaraq görülən işləri və aparılan ardıcıl maarifləndirmə tədbirlərini xüsusi vurğulayıb.

Tədbirin bədii hissəsində tələbələrin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Səsləndirilən vətənpərvərlik şeirləri, eləcə də LDU və Sosial və Aqrar-Texnoloji Kollecin şəhid məzunlarının həyat və döyüş yoluna həsr olunmuş videoroliklər zaldakılara duyğulu və qürur dolu anlar yaşadıb.

Anım tədbiri “Lənkəran Dövlət Universitetinin Zəfər şəhidləri” kitabının təqdimat mərasimi və şəhid ailələrinə kitabların təqdim edilməsi, xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.