“Maarifçi”nin təcrübə mərhələsi yayda başlayacaq - Tünzalə Vəliyeva
IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının təcrübə mərhələsinin bu ilin yay aylarında başlanması planlaşdırılır.
Bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Elm və Təhsil Nazirliyinin əməkdaşı, "Maarifçi" tələbə-məzun təcrübə proqramının işçi qrupunun katibi Tünzalə Vəliyeva deyib.
Onun sözlərinə görə, seçim mərhələləri tamamlandıqdan sonra namizədlər qəbul nəticələri barədə məlumatlandırılacaqlar:
“Dəqiq başlama tarixi və digər təşkilati məsələlər yekun seçim nəticələri elan olunduqdan sonra iştirakçılara təqdim ediləcək”.
Xatırladaq ki, IV “Maarifçi” tələbə-məzun təcrübə proqramı üzrə qeydiyyat prosesi başa çatıb. Proqramda iştirak üçün 5096 nəfər müraciət edib. Bu, indiyədək olan ən yüksək göstəricidir. Sözügedən proqram Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilir. İndiyədək 3 proqram həyata keçirilib, ümumilikdə 102 nəfər proqramı uğurla başa vurub, müvafiq sertifikatla təltif edilib. Onlardan 50 nəfəri elm və və təhsil sahəsində əmək fəaliyyətinə başlayıb.



