Magistraturaya qəbul olunanların qeydiyyatı bu tarixdə başlayacaq

31 İyul, 2026 - 16:59
Magistraturaya qəbul olunanların qeydiyyatı bu tarixdə başlayacaq

Magistraturaya qəbul olunan şəxslər avqustun 3-ü saat 15:00-dan avqustun 12-si saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, qeydiyyat prosesi “my.gov.az” portalı üzərindən həyata keçiriləcək.

DİM sədri qeyd edib ki, boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı daha sonra Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaq.