Məktəbdə işə qəbul vədini verən dələduza hökm oxundu 

20 Avqust, 2025 - 09:58
Məktəbdə işə qəbul vədini verən dələduza hökm oxundu 
Məktəbdə işə qəbul vədini verən dələduza hökm oxundu 

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Sevinc Hacıyevanın (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

“Azərbaycan müəllimi” Pravda.az-a istinadən xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

İttihama görə, Sevinc Hacıyeva tanışı, zərərçəkmiş Anar Maqsudova (soyadı şərtidir) özünü dövlət qurumlarında geniş əlaqələri olan işgüzar şəxs kimi təqdim edərək buna inandırıb. O, zərərçəkmişin qızına sürücülük vəsiqəsi alacağına və Abşeron rayonu, Xırdalan şəhərində olan orta məktəblərdən birinə təsviri incəsənət müəllimi qəbul etdirəcəyinə dair yalandan vəd verib. Sevinc Hacıyeva bu yolla Anar Maqsudovdan 2023-cü ilin dekabr ayında ümumilikdə 9000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.