Məktəblərdə dərs saatları dəyişdiriləcək? - Nazirdən CAVAB
Elm və təhsil naziri Emin Əmrullayev nəqliyyatda artan sıxlıq fonunda məktəb və universitetlərdə dərs saatlarının dəyişildirməsi məsələsinə münasibət bildirib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.
Nazir bildirib ki, bu, ictimai davranış məsələsidir: “Həmişə bildiririk ki, ən yaxşı məktəb evinizə yaxın olan məktəbdir. Həmin məktəbləri yaxşı etməyə çalışmalıyıq. Ali məktəblərdə isə vəziyyətə uyğun qərarlara verilə bilər, lakin hazırda konkret bir qərar yoxdur”.
Nazir valideynləri övladlarını məktəbə apararkən ictimai nəqliyyatdan istifadə etməyə çağırıb.




