Məktəblərdə payız tətili başlayır

13 Noyabr, 2026 - 15:01
Məktəblərdə payız tətili başlayır

Noyabrın 16-dan 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq. Payız tətili 16–20 noyabr tarixlərini əhatə edəcək.

Bu barədə “Azərbaycan müəllimi”nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, şənbə və bazar günləri nəzərə alınmaqla, payız tətilindən sonra ilk dərs günü altıgünlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 21 noyabr 2026-cı il, beşgünlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə 23 noyabr 2026-cı il olacaq.

Bununla yanaşı, payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Qeyd edək ki, payız tətili Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nə uyğun olaraq müəyyən edilib.