Məktəblilərimiz beynəlxalq olimpiadada uğurla çıxış ediblər

16 Yanvar, 2026 - 18:54
Məktəblilərimiz beynəlxalq olimpiadada uğurla çıxış ediblər

10–14 yanvar tarixlərində Qazaxıstanın Astana şəhərində təşkil olunan XXII Beynəlxalq Jautikov Olimpiadasında Azərbaycan məktəbliləri də iştirak edib.

"Azərbaycan müəllimi" xəbər verir ki, milli komandamız bu bilik yarışında 6 gümüş, 4 bürünc olmaqla ümumilikdə 10 medal qazanıb.

Belə ki, fizika fənni üzrə Bakı şəhəri Texniki-Humanitar Liseyinin XI sinif şagirdi Məhəmməd Cəfərli, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Raiq Babazadə, Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və təbiət elmləri liseyinin XI sinif şagirdi Zeynəb Məmmədli və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Murad Xəlil gümüş medala layiq görülüblər.

Riyaziyyat fənni üzrə Təbiət Elmləri Təmayüllü Gimnaziyanın XI sinif şagirdi Davud Tarverdili və Bakı şəhəri 287 nömrəli “Zəkalar” Liseyinin X sinif şagirdi Fərhad İskəndər bürünc medala layiq görülüblər.

İnformatika fənni üzrə Bakı Türk Anadolu Liseyinin XI sinif şagirdi Əhməd Qəmbərli və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Əkbər Əhmədov gümüş medala, 157 nömrəli tam orta məktəbin XI sinif şagirdi Həsən Vəliyev və Akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Fateh Əhmədzadə bürünc medala layiq görülüblər.

Məktəblilərimiz beynəlxalq olimpiadada uğurla çıxış ediblər
Məktəblilərimiz beynəlxalq olimpiadada uğurla çıxış ediblər
Məktəblilərimiz beynəlxalq olimpiadada uğurla çıxış ediblər