Metallurgiya sahəsində elmi potensial artırılacaq
Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesi üzrə elmi potensial artırılması, araşdırma və inkişafın dəstəklənməsi, ali təhsil müəssisələrinin sənaye ilə əməkdaşlığının gücləndirilməsi nəzərdə tutulur.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə məlumat Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Proqrama əsasən, müvafiq sahədə elmi potensial və ali təhsil müəssisələri-sənaye əməkdaşlığının mövcud vəziyyətinin təhlil edilməsi planlaşdırılır. Elmi araşdırmaların dəstəklənməsi və elm, ali təhsil müəssisələrinin sənaye ilə əməkdaşlığı əsasında müvafiq sahədə innovasiya və kadr potensialının gücləndirilməsi nəzərdə tutulur.




