Metallurgiya üzrə ixtisasartırma proqramları hazırlanacaq

23 Sentyabr, 2026 - 11:01
Metallurgiya üzrə ixtisasartırma proqramları hazırlanacaq

Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin tələbatına uyğun ixtisaslı kadr hazırlığı və peşə bacarıqları inkişaf etdiriləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə məlumat Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Proqrama əsasən, müvafiq qurumların sifarişi əsasında ixtisasartırma və təlim proqramlarının hazırlanması planlaşdırılır. 
Nəticədə, müvafiq sahənin tələblərinə uyğun ixtisaslı mütəxəssislərin hazırlanması və müəssisələrin ixtisaslı işçi qüvvəsi ilə təminatının gücləndirilməsi nəzərdə tutulur.