MİQ-in test imtahanı mərhələsi yekunlaşıb
2026–2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi uğurla başa çatıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, 14–18 iyul tarixlərində təşkil olunan test imtahanlarına ümumilikdə 32222 namizəd dəvət olunub. Test imtahanı mərhələsi üzrə davamiyyət göstəricisi 96% təşkil edib.
Qeyd edək ki, test imtahanının son günü üzrə apellyasiya müraciətlərinin qəbulu 19 iyul saat 12:00-dan etibarən başlayacaq.
Qeyd edək ki, test imtahanı mərhələsi zamanı qaydaları pozduqları müəyyən edilən 4 nəfər namizəd imtahandan kənarlaşdırılıb. İmtahan prosesinin şəffaflığının və obyektivliyinin təmin edilməsi məqsədilə nəzarət tədbirləri bütün imtahan mərkəzlərində davam etdirilib.
Müsabiqənin növbəti mərhələsi barədə məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.




