MİQ üzrə vakansiya seçimi edənlərin NƏZƏRİNƏ!
12 avqust saat 15:00-dan etibarən başlayan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə ümumi vakansiya seçimi mərhələsi davam edir.
Bu barədə "Azərbaycan müəllimi"nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, məktəblərin pedaqoji kadr təminatının gücləndirilməsi məqsədilə vakansiyalar müəllimlərin seçiminə təqdim olunub. Belə ki, namizədlər elektron ərizə formalarında ən çoxu 8 vakant yer seçmək hüququna malikdirlər. Seçilmiş vakant vəzifələrə yerləşdirilmə namizədin göstərdiyi ardıcıllıq nəzərə alınmaqla həyata keçirilir.
Nəzərinizə çatdırırıq ki, həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiyaya uyğun namizədlər üçün maddi və digər dəstək mexanizmləri, mentorluq və peşəkar inkişaf imkanları, müəllimlərin məktəb mühitinə daha rahat uyğunlaşmasına dəstək tədbirləri təqdim olunur.
Qeyd edək ki, ümumi vakansiya seçimi prosesi 15 avqust saat 18:00-dək davam edəcək. Namizəd seçdiyi vakant yerə yerləşdirildikdən sonra həmin yerdən imtina etdiyi halda, müsabiqənin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin olunmayacaq.




