Müəllimlər üçün hazırlanmış "Copilot" nədir?
““Microsoft” və Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə müəllimlərə dəstək üçün hazırlanmış "Copilot" tətbiqi təhsil mühitinin tələblərinə uyğunlaşdırılmış süni intellekt alətidir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə deyib.
O bildirib ki, "Rəqəmsal məktəb" platformasında təqdim edilən “Copilot” kurikulum əsaslıdır və yerli təhsil ehtiyacları nəzərə alınmaqla hazırlanıb:
“Bu texnologiya tədris materiallarının hazırlanmasına, mürəkkəb mətnlərin təhlilinə, dərslərin planlaşdırılmasına, ideyaların strukturlaşdırılmasına, rəqəmsal məzmunun yaradılmasına imkan verir”.



