Müəllimlərin 35%-i işə müsabiqə ilə qəbul olunub - Eşqi Bağırov

15 Sentyabr, 2026 - 09:58
Müəllimlərin 35%-i işə müsabiqə ilə qəbul olunub

Ölkə üzrə müəllim heyətinin artıq 40 minə yaxını- təxminən 35%-i müsabiqə yolu ilə işə qəbul olunub. 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümümi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, tələb olunan meyarlara cavab verən, müxtəlif müsabiqə və qiymətləndirmələrdən uğurla keçən müəllimlərlə qarşıya qoyulan hədəflərin icra ediləcəyi nəzərdə tutulur.