Musa Qasımlı: Peşəkar direktorlar problemlərin əksəriyyətini aradan qaldıra bilərlər

13 Noyabr, 2025 - 11:27
Musa Qasımlı: Peşəkar direktorlar problemlərin əksəriyyətini aradan qaldıra bilərlər

Peşəkar direktorlar təhsildə problemlərin əksəriyyətini aradan qaldıra bilərlər.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında millət vəkili Musa Qasımlı deyib.

O qeyd edib ki, təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin olunması və bu istiqamətdə görülən işlər müsbət nəticələr versə də, hələ də bir sıra problemlər qalmaqdadır.

Deputatın sözlərinə görə, dövlət büdcəsi hesabına fəaliyyət göstərən təhsil müəssisələrində dərslərin keyfiyyətinin artırılması və müəllimlərin məsuliyyət hissinin gücləndirilməsi vacibdir.

Millət vəkili vurğulayıb ki, məktəblərin idarə olunmasında əsas məsuliyyət direktorlara düşür:

“Əgər məktəbə öz işini peşəkarcasına bilən, məsuliyyətli şəxs direktor təyin olunarsa, bu zaman təhsil sahəsindəki mövcud problemlərin əksəriyyəti aradan qalxacaq və nəticələr daha yüksək olacaq”.

Musa Qasımlının fikrincə, təhsildə ədalətli qiymətləndirmə, şəffaf sertifikatlaşdırma və peşəkar rəhbərlik sisteminin tətbiqi nəticələrin yüksəlməsinə şərait yaradacaq.