"Müsabiqədə qadınların sayının az olması narahatedicidir " - Fərhad Hacıyev 

17 İyul, 2026 - 15:53
"Müsabiqədə qadınların sayının az olması narahatedicidir " - Fərhad Hacıyev 

""Yüksəliş" müsabiqəsində iştirak edən qadınların sayı azdır. Bu, narahatedicidir".

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində “Yüksəliş” İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev deyib.

Onun sözlərinə görə, iştirakçıların əsas yaş qrupu 21-30-dur: "Təhsil üzrə statistikaya gəldikdə, 121 bakalavriat, 61 magistrant, 12 doktorantura təhsili alan iştirakçımız var".

F.Hacıyev qeyd edib ki, universitetlər üzrə məzunlarının təmsilçiliyinə görə ilk yerləri Azərbaycan Dövlət İqtisad Univetsiteti, Milli Aviasiya Akademiyası, Dövlət İdarəetmə Akademiyası tutur:

"Yarımfinalda dövlət sektorunun təmsilçiləri daha çox idi, finalda isə özəl sektor daha çoxdur. Bütün finalçılara uğurlar arzu edirəm”.