Nazir: İnformatikanın qəbul imtahanlarına daxil edilməsindən sonra bu sahəyə maraq artıb
“Təhsil sahəsində aparılan dəyişikliklərin nəticələri dərhal görünmür və bunun üçün müəyyən zaman tələb olunur”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı səsləndirib.
O, bununla belə, artıq bəzi istiqamətlər üzrə müsbət nəticələrin müşahidə edildiyini qeyd edib. Xüsusilə xarici dilin tətbiqindən sonra son illərdə bu sahədə bilik səviyyəsinin artdığı diqqətə çatdırılıb.
Eyni zamanda bildirilib ki, informatika fənninin qəbul imtahanlarına daxil edilməsindən sonra bu sahəyə maraq əhəmiyyətli dərəcədə artıb. Bu isə həm müəllimlərin nüfuzuna, həm də şagirdlərin bilik və bacarıqlarına müsbət təsir göstərib.



