Nazir: Məktəbdə fond pulu yığmaq olmaz
Məktəblərdə fond pulu yığmaq olmaz.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün media üçün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən söyləyib.
Nazir bildirib ki, valideynlərin bu barədə şikayətləri varsa, nazirliyə və ya digər aidiyyəti qurumlara müraciət edə bilərlər.                        
 

 
                        

 
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                    

 
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                            