Nazir müavini: İntellektual gənclik cəmiyyəti irəli aparır

6 Fevral, 2026 - 17:25
Nazir müavini: İntellektual gənclik cəmiyyəti irəli aparır

“Məhz intellektual gənclik cəmiyyəti və gələcəyi irəli aparan əsas qüvvədir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri gənclər və idman nazirinin müavini Fərhad Hacıyev "GəncVizyon" ideyatonunun final mərhələsində söyləyib.

Nazir müavini qeyd edib ki, dövlətimizin gənclərə yönəlik xüsusi istiqamətləri və müxtəlif sahələr üzrə xüsusi dəstək mexanizmləri mövcuddur:

“Müstəqillik dövrünün bu il 35-ci ili qeyd olunur. Bu 35 il ərzində gənclər siyasəti sistemli şəkildə formalaşıb. Bu ideyatona cəmi 3 gün ərzində 400 nəfərin cəlb olunması uğurlu nəticədir və bu onu göstərir ki, təsir dairəmiz olduqca genişdir”, – deyə F.Hacıyev əlavə edib.