Nazir müəllimlərin geyim formaları ilə bağlı AÇIQLAMA VERDİ
"Təhsilverənlərin geyim formaları ilə bağlı qərarlar qəbul olunub. Bu günlərdə də yeni qaydalar qüvvəyə minəcək".
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında məlumat verib.
Nazir bildirib ki, müəllimlərin geyim forması tədris mühitinə təsir edir:
“Qaydalar yaxın günlərdə qüvvəyə mindikdən sonra ətraflı məlumat veriləcək”.




