Nazir tələbə adını qazanan gəncləri təbrik edib

25 Avqust, 2026 - 17:37
Nazir tələbə adını qazanan gəncləri təbrik edib

Elm və təhsil naziri Emin Əmrullayev tələbə adını qazanan gəncləri təbrik edib.

“Azərbaycan müəllimi” xəbər verir ki, nazir bu barədə sosial media hesabında paylaşım edib.

Paylaşımda deyilir: 

“Tələbə adını qazanan əziz gənclərimiz!

Sizi göstərdiyiniz zəhmət və əzmkarlığın nəticəsi olaraq tələbə adını qazanmağınız münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Qarşıdakı tələbəlik illərinin hər biriniz üçün yeni biliklər, geniş imkanlar və dəyərli təcrübələrlə yadda qalmasını arzulayıram.

Yolunuz açıq, gələcəyiniz uğurlu olsun!”