NDU-nun müəllim və tələbələri Haçadağ zirvəsinə Zəfər yürüşü ediblər

9 Noyabr, 2025 - 14:31

8 Noyabr – Zəfər Günü münasibətilə Naxçıvan Dövlət Universitetinin bir qrup tələbəsi Haçadağın zirvəsinə ekstremal yürüş edib. “Azərbaycan müəllimi” xəbər verir ki, yürüşə universitetin Beynəlxalq ticarət və menecment kafedrasının müəllimi Vüsal Hüseynov rəhbərlik edib.

İştirakçılar Culfa rayonunun Gal kəndindən yürüşə başlayaraq çətin relyef şəraitində 2414 metr yüksəklikdə yerləşən zirvəyə qalxıblar. Yürüşün tamamlanması 5 saat davam edib.

Zirvəyə çatdıqdan sonra ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Zəfər bizim, zirvə bizim!”, “Yaşasın müstəqil Azərbaycan!” kimi şüarlar səsləndirilib.

Tələbələr vətənpərvərlik ruhunu əks etdirən şeirlər səsləndirib, mahnılar ifa ediblər.

Qeyd edək ki, zirvə yürüşünün əsas məqsədi Zəfər Gününün 5-ci ildönümünü qeyd etmək və şəhidlərimizin şücaətinə ehtiram göstərmək olub.