NDU-nun tədqiqat qrupu beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb
Naxçıvan Dövlət Universitetinin Təbii Ehtiyatlar İnstitutunun “Hidrogeologiya və mineral sular” laboratoriyasının tədqiqat qrupu Almaniyanın Düsseldorf şəhərində doktorant, magistrant və bakalavrlar arasında keçirilən “BIO PRODUCTS” beynəlxalq müsabiqəsində I yerə layiq görülüb.
Universitetdən "Azərbaycan müəllimi" nə verilən məlumata görə, qrupun təqdim etdiyi 22 səhifəlik elmi layihə I dərəcəli diplom, qızıl medal və “Grand Prix” kuboku qazanıb.
Tədqiqat qrupuna “Hidrogeologiya və mineral sular” laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent, Rusiya Təbiətşünaslıq Akademiyasının professoru Fizzə Məmmədova rəhbərlik edir. Elmi işçi, doktorant, dissertant və bakalavrlardan ibarət olan qrup fərdi elmi nailiyyətləri və peşə bacarıqlarını vahid istiqamətdə birləşdirərək müstəqil fəaliyyət göstərir.
Tədqiqat qrupunun uğurları elmi mühitin gücləndirilməsi, tələbələrin tədqiqat bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.



