Neftçala məktəblisi Dünya kubokunda bürünc medala layiq görülüb
İdmançı Qurban Məhərrəmli beynəlxalq arenada uğur qazanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, Özbəkistanın Daşkənd şəhərində keçirilən rəsmi WAKO Kikboksinq Dünya Kubokunda Azərbaycan milli komandasının heyətində mübarizə aparan Qurban Məhərrəmli öz çəki dərəcəsində uğurla çıxış edərək bürünc medal qazanıb.
Qeyd edək ki, tədbirdə 45 ölkədən 2500-dən çox idmançı iştirak edib. Ölkəmizi təmsil edən Qurban Məhərrəmli Neftçala rayonu Cəngan kənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdidir.




