Nərminə Hüseynova 53 nömrəli məktəbin “Son zəng”ində iştirak edib

13 İyun, 2026 - 10:43
Nərminə Hüseynova 53 nömrəli məktəbin “Son zəng”ində iştirak edib

İyunun 13-də Bakı şəhəri 53 nömrəli tam orta ümumtəhsil məktəbində “Son zəng” tədbiri keçirilib.

"Azərbaycanlı müəllimi" xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Təravət  Muradova, Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, şəhid Nurlan Mustafayevin anası Rəhilə Ramazanova, ictimaiyyət nümayəndələri, məktəb rəhbərliyi, müəllimlər, valideynlər və məzunlar iştirak ediblər.

Tədbir Dövlət himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məzunları təbrik edən məktəbin direktoru Tünzalə Zeynalova onlara gələcək həyatlarında uğurlar arzulayıb. T.Zeynalova rəhbərlik etdiyi təhsil ocağında ümumilikdə 2 786 şagirdin təhsil aldığını, onlardan 187 nəfərinin bu il məzun olduğunu diqqətə çatdırıb. 

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova məzunları XI sinfi uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara gələcək təhsil həyatında nailiyyətlər arzulayıb, şagirdlərin Vətənə, xalqa, dövlətə layiqli gənclər, şəxsiyyətlər kimi yetişəcəyinə əminliyini ifadə edib. 

N.Hüseynova ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlərin gələcəyimiz olan gənclərə daha yaxşı təhsil imkanları yaratmağa xidmət etdiyini, təhsilin əlçatanlığını təmin etmək və savadlı nəsil yetişdirmək olduğunu vurğulayıb. N.Hüseynova tədris ilində paytaxtın təhsil həyatında yaddaqalan məqamlardan, həyata keçirilən uğurlu layihələrdən və yeniliklərdən danışıb. 

Məzunlar üçün yeni həyat mərhələsinin başlandığını qeyd edən Yasamal rayonunun icra başçısının müavini Təravət Muradova onlara bu yolda uğurlar arzulayıb. O, gənclərin əldə etdikləri bilikləri cəmiyyətin inkişafı naminə uğurla tətbiq edəcəklərinə ümidvar olduğunu bildirib.

Tədbirdə digər çıxış edənlər “Son zəng” münasibətilə məzunları təbrik edib, onların əldə etdikləri bilik və bacarıqlar sayəsində ölkəmizin inkişafına töhfə verəcəklərinə  əminliklərini ifadə ediblər. 
Tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.