Bütün xəbərlər
8 sentyabr, 17:36

Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisi Çində təlim-məşq toplanışı çərçivəsində “Kəmər və yol” beynəlxalq turnirinə qatılıb.

Yığmamız Sincan-Uyğur Muxtar Rayonunda 19 ölkənin iştirakı ilə baş tutan yarışı 4 medalla başa vurub. Millimizi 63 kq çəki dərəcəsində təmsil edən Naxçıvan boks məktəbinin yetirməsi Haqverdi Həsənov finalda qazaxıstanlı rəqibinə qalib gələrək qızıl medala sahib çıxıb. 

Bəs qalib idmançı kimdir və hansı uğurları var?

“Azərbaycan müəllimi” boksçunun uğur hekayəsini oxucularla bölüşür. 

Haqverdi Həsənov 2009-cu ildə Naxçıvan şəhərində anadan olub, 2018-ci ildən boksla məşğuldur. 7 ildir ki, bu idman növündə yarışan idmançının sözlərinə görə, boksa marağı uşaq vaxtlarından olub: “Həmişə televizorda boks yarışlarına baxırdım. Atam da boksçu olub deyə mənim də bu idmana marağım yaranıb. Ailəm marağımı görərək məni də boksa qoymağa qərara gəldi. 1-ci sinifdən indiyə kimi boksla məşğul oluram”. 

O, yeniyetmələr arasında Avropa üçüncüsü və Azərbaycan çempionu olmaqla yanaşı, həm də müxtəlif beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır: “İlk yarışım Naxçıvan Muxtar Respublikasının açıq boks birinciliyi olub, burada birinci yerə qalib gəldim, 2022-ci ildə Azərbaycan ölkə birinciliyində yarışdım. 2023-cü ildə ölkə birinciliyində 2-ci, 2024-cü ildə 1-ci yerə layiq görüldüm. Sonuncu, yəni 2025-ci ildə keçirilən ölkə birinciliyində də qalib olmuşam”. 

“Kəmər və yol” beynəlxalq turnirində qalib gələn idmançı finala qədər rəqiblərini üstələyib və həlledici görüşdə qazaxıstanlı rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla bağlı təəssüratlarını bölüşərək deyir ki, döyüş o qədər də asan keçmədi: “Finalda qazaxıstanlı döyüşçü ilə vuruşdum, ilk raundda 5-0 uduzsam da, 2-3-cü raundda özümü topladım və qələbə qazandım. Bu turnir mənim üçün çox önəmli idi. Çünki Azərbaycanı beynəlxalq arenada təmsil edirdim, üzərimdə böyük məsuliyyət hissi vardı”. 
Gənc boksçu deyir ki, döyüş gərgin və çətin keçsə də, hər dəfə rinqə çıxanda ona olunan dəstəyi hiss edir. Bu da ona əlavə güc verir:

“Atam, anam, mənim müəllim Elnur Kərimli hər zaman arxamda durublar. Müəllimim və ailəm olmasaydı, bu yerlərə gəlib çıxa bilməzdim. Sevinirəm ki, çəkdiyim əziyyətlər yerdə qalmadı”. 

Haqverdinin, əlbəttə ki, gələcək arzu və planları var: “Qarşıdan Avropa və dünya çempionatı gəlir, planım bu yarışlarda qalib gələrək bayrağımızı xarici ölkələrdə dalğalandırmaq və Azərbaycana qızıl medal gətirməkdir”.

“Rəqibləri ona çətinliklə zərbə vura bilirlər”

Təbii ki, idmançını ən yaxşı tanıyan onun müəllimidir. Məşqçi Elnur Kərimli də Haqverdi Həsənov haqqında yüksək fikirdədir. Deyir ki, Haqverdini uşaq vaxtından o yetişdirib: “Yanıma gələndə balaca və dəcəl uşaq idi, yavaş-yavaş məşqlərə başladıq. İlk döyüşünü gördüm, bildim ki, yaxşı döyüşçü olacaq. Yaşıdlarından fərqlənirdi, digər uşaqlardan həm texniki, taktiki, həm də döyüş üslubu ilə seçilirdi. Beləliklə, üstün tərəflərini inkişaf etdirməyə başladıq. Haqverdi  çox hissiyatlı boksçudur, rəqibləri ona çətinliklə zərbə vura bilirlər. Dəqiq zərbə vurmaq çox çətindir, çünki müdafiəsi olduqca güclüdür, zərbələri ağırdır. Bütün bunlar isə onun daxilindən gələn bir şeydir. Çox əzmkar, tələbkar və çalışqan boksçudur. Üzərinə düşən məsuliyyəti dərk edir”. 

Əminik ki, belə əzmkarlıq göstərən idmançı gələcək arzusunu yerinə yetirəcək, himnimizi xarici ölkələrdə səsləndirərək bayrağımızı daha da yüksəklərdə dalğalandıracaq.

1 /8

Şərhlər

Xəbər lenti

8 sentyabr, 19:23

"Nar” ilin ən uğurlu abituriyentlərini mükafatlandırıb

8 sentyabr, 18:45

Bakı məktəblərində yeni futbol meydançaları istifadəyə verilib

8 sentyabr, 18:19

Andrey Şevçenko: Bu stadion Bakıdakı uşaqlar üçün unikal fürsətdir

8 sentyabr, 17:58

AFFA Prezidenti: Məktəblərdə futbolun inkişafı prioritet istiqamət kimi müəyyən edilib

8 sentyabr, 17:52

Nazir: Biz fiziki tərbiyə dərslərinə gənc nəslin sağlam inkişafı üçün vacib sahə kimi yanaşırıq

8 sentyabr, 17:02

TİF ilə Azərbaycan–Türkiyə İş adamları Birliyi arasında görüş keçirilib

8 sentyabr, 16:52

Birgə hazırlaşıb eyni universitetə daxil oldular

8 sentyabr, 16:51

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyat müddəti uzadılıb

8 sentyabr, 16:31

ETN: Qeydiyyat zamanı tələbədən tibbi arayış tələb oluna bilər

8 sentyabr, 16:13

AzTU vakansiya elan edir

8 sentyabr, 15:39

Paytaxt məktəblərində maarifləndirici görüşlər başlayıb

8 sentyabr, 15:35

Məşqçi-müəllim Avropa çempionatında bürünc medal qazanıb 

8 sentyabr, 14:48

Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb

8 sentyabr, 14:33

Rezidenturaya əlavə qəbul üzrə qeydiyyat başlayır

8 sentyabr, 13:56

Qafqazın seysmologiyasını araşdıran tədqiqatçı: Süni intellektdən istifadə edirəm, amma…

8 sentyabr, 13:43

İdmançılarımız Türkdilli Dövlətlərin Universiadasında uğur qazanıblar

8 sentyabr, 13:22

Rektor Anar Eminov MDU-ya yüksək balla qəbul olunan tələbələrlə görüş keçirib

8 sentyabr, 13:03

Azərbaycan savadlılıq səviyyəsinə görə ilk 5-likdə – Savadlılıq səviyyəsi 100 faiz!

8 sentyabr, 12:10

Mebel, televizor, indi də … 3-cü peşəyə 46 yaşında yiyələndi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.