
“Bu stadion Bakıdakı uşaqlar üçün unikal fürsətdir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, futbol əfsanəsi, Ukraynanın məşhur oyunçusu Andrey Şevçenko Bakıda 247 nömrəli məktəbin stadionunun açılışında çıxış edərək Azərbaycan xalqına, Futbol Federasiyasına və Təhsil Nazirliyinə təşəkkürünü bildirib.
Şevçenko qeyd edib ki, bu təşəbbüs FİFA prezidenti Kanni İnfantinonun dəstəyi ilə reallaşıb və uşaq futbolunun gələcəyi üçün çox vacibdir:
“Mən Kiyev kənarında böyüyəndə daha yaxşı futbol meydançasının arzusunda idim. Bu gün isə Bakıda uşaqlar üçün unikal bir fürsət yaradılıb”, – deyə o bildirib.
Futbol ulduzu Azərbaycanın gözəl və təsirli bir ölkə olduğunu vurğulayaraq, ilk dəfə burada olduğunu və çox xoş təəssüratlarla ayrıldığını söyləyib.
Şevçenko futbol təhsilinin, ümumiyyətlə təhsilin gənc nəsil üçün vacibliyini qeyd edib və bu layihənin uşaqlar üçün əhəmiyyətli bir dəstək olacağını bildirib:
“Bu stadion uşaqların həm idman, həm də təhsili üçün mühüm rol oynayacaq”, – deyə o vurğulayıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər