Bütün xəbərlər
8 sentyabr, 16:52

Bərdə məktəblərinin iki məzunu qəbul imtahanına birgə hazırlaşıb Qarabağ Universitetinə daxil olub.

“Azərbaycan müəllimi” onların təəssüratlarını təqdim edir.

Bərdə şəhəri Tofiq İsmayılov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Şəmsiyə İmanlı: “493,3 balla Beynəlxalq münasibətlər ixtisasına qəbul olmuşam. Uzun müddət zəhmət çəkdik, birlikdə çalışdıq və nəticədə hər ikimiz istədiyimiz ixtisasa qəbul olduq. Ən maraqlısı da odur ki, eyni universitetdə təhsil alacağıq. Dərs saatları, yeni mühit, yeni müəllimlər və qrup yoldaşları, bunların hər biri mənə çox maraqlı gəlir. Beynəlxalq münasibətlər sahəsi mənim üçün hər zaman cəlbedici olub. İnanıram ki, bu sahədə biliklərimi artıraraq gələcəkdə ölkəmizin beynəlxalq arenada təmsil olunmasında rol oynaya biləcəyəm”.

Bərdə rayonu Feruz Sadıqov adına Qaradəmirçi kənd tam orta ümumtəhsil məktəbinin məzunu İsmayılova Şəlalə: “520,3 balla Xarici dil müəllimliyi ixtisasına qəbul olmuşam. Hər ikimiz üçün çətin, eyni zamanda da məhsuldar bir dövr oldu. Şəmsiyə ilə birgə hazırlaşmaq mənə böyük motivasiya verdi. İndi isə əminəm ki, universitet illərimiz də çox maraqlı və yadda qalan olacaq. Mən hər zaman müəllim olmaq arzusunda olmuşam. Uşaqlara nəsə öyrətmək, onların həyatında müsbət iz buraxmaq mənim üçün böyük xoşbəxtlikdir. 

İndi isə bu arzumun reallığa çevrilməsinə çox az qalıb. Universitetdə keçirilən dərslər, dil praktikasının daha da dərinləşdirilməsi üçün olan imkanlar məni çox sevindirir. Hazırda dərslərimə, tələbə təşkilatlarında iştirak etməyə, eləcə də şəxsi inkişafıma fokuslanmışam. Əminəm ki, bu universitetdə aldığım biliklərlə gələcəkdə çox yaxşı bir müəllim olacağam”.

Şərhlər

Xəbər lenti

8 sentyabr, 19:23

"Nar” ilin ən uğurlu abituriyentlərini mükafatlandırıb

8 sentyabr, 18:45

Bakı məktəblərində yeni futbol meydançaları istifadəyə verilib

8 sentyabr, 18:19

Andrey Şevçenko: Bu stadion Bakıdakı uşaqlar üçün unikal fürsətdir

8 sentyabr, 17:58

AFFA Prezidenti: Məktəblərdə futbolun inkişafı prioritet istiqamət kimi müəyyən edilib

8 sentyabr, 17:52

Nazir: Biz fiziki tərbiyə dərslərinə gənc nəslin sağlam inkişafı üçün vacib sahə kimi yanaşırıq

8 sentyabr, 17:36

“5-0 uduzsam da, sonda qələbə qazandım” - Naxçıvan boksçusunun uğuru

8 sentyabr, 17:02

TİF ilə Azərbaycan–Türkiyə İş adamları Birliyi arasında görüş keçirilib

8 sentyabr, 16:51

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyat müddəti uzadılıb

8 sentyabr, 16:31

ETN: Qeydiyyat zamanı tələbədən tibbi arayış tələb oluna bilər

8 sentyabr, 16:13

AzTU vakansiya elan edir

8 sentyabr, 15:39

Paytaxt məktəblərində maarifləndirici görüşlər başlayıb

8 sentyabr, 15:35

Məşqçi-müəllim Avropa çempionatında bürünc medal qazanıb 

8 sentyabr, 14:48

Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb

8 sentyabr, 14:33

Rezidenturaya əlavə qəbul üzrə qeydiyyat başlayır

8 sentyabr, 13:56

Qafqazın seysmologiyasını araşdıran tədqiqatçı: Süni intellektdən istifadə edirəm, amma…

8 sentyabr, 13:43

İdmançılarımız Türkdilli Dövlətlərin Universiadasında uğur qazanıblar

8 sentyabr, 13:22

Rektor Anar Eminov MDU-ya yüksək balla qəbul olunan tələbələrlə görüş keçirib

8 sentyabr, 13:03

Azərbaycan savadlılıq səviyyəsinə görə ilk 5-likdə – Savadlılıq səviyyəsi 100 faiz!

8 sentyabr, 12:10

Mebel, televizor, indi də … 3-cü peşəyə 46 yaşında yiyələndi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.