Bütün xəbərlər
8 sentyabr, 13:03

Bu gün –  8 Sentyabr Beynəlxalq Savadlılıq Günüdür. Bu günün qeyd olunması savadlılığın fərdlərin, ailələrin və cəmiyyətlərin inkişafında nə qədər vacib rol oynadığını bir daha vurğulayır.

“Azərbaycan müəllimi” Dövlət Statistika Komitəsinin (DSK) ən son məlumatlarına əsasən xəbər verir ki, 2025-ci ildə ölkəmizdə əhalinin savadlılıq səviyyəsi 100%-ə (99,8) çatıb. Bu, Azərbaycanı savadlılıq sahəsində dünya üzrə ən yüksək göstəricilərə sahib ölkələrdən biri edir. UNESCO-nun məlumatlarına əsasən, 177 ölkə arasında Azərbaycan 100% savadlılıq səviyyəsinə malik 13 ölkədən biridir.( https://worldpopulationreview.com/country-rankings/literacy-rate-by-country) Azərbaycan bu siyahıda 5-ci yerdədir. Ölkəmizdə kişilər arasında savadlılıq səviyyəsi 99.9%, qadınlar arasında 99,7 faiz təşkil edir.

100% savadlılıq dərəcəsi olan ölkələr:

Ukrayna – 100%

Özbəkistan – 100%

Şimali Koreya – 100%

Qazaxıstan – 100%

Azərbaycan – 100%

Finlandiya – 100%

Norveç – 100%

Gürcüstan – 100%

Lüksemburq – 100%

Quam – 100%

Andorra – 100%

Qrenlandiya – 100%

Lixtenşteyn – 100%

Qlobal səviyyədə 2025-ci ildə dünya üzrə orta savadlılıq səviyyəsi 86,3%-dir. Bu göstərici kişilər üçün 90, qadınlar üçün isə 82,7% təşkil edir. Müqayisə edildikdə görmək olar ki, Azərbaycan əhalisinin savadlılıq səviyyəsi qlobal ortalamadan əhəmiyyətli dərəcədə yüksəkdir.

Şərhlər

Xəbər lenti

8 sentyabr, 19:23

"Nar” ilin ən uğurlu abituriyentlərini mükafatlandırıb

8 sentyabr, 18:45

Bakı məktəblərində yeni futbol meydançaları istifadəyə verilib

8 sentyabr, 18:19

Andrey Şevçenko: Bu stadion Bakıdakı uşaqlar üçün unikal fürsətdir

8 sentyabr, 17:58

AFFA Prezidenti: Məktəblərdə futbolun inkişafı prioritet istiqamət kimi müəyyən edilib

8 sentyabr, 17:52

Nazir: Biz fiziki tərbiyə dərslərinə gənc nəslin sağlam inkişafı üçün vacib sahə kimi yanaşırıq

8 sentyabr, 17:36

“5-0 uduzsam da, sonda qələbə qazandım” - Naxçıvan boksçusunun uğuru

8 sentyabr, 17:02

TİF ilə Azərbaycan–Türkiyə İş adamları Birliyi arasında görüş keçirilib

8 sentyabr, 16:52

Birgə hazırlaşıb eyni universitetə daxil oldular

8 sentyabr, 16:51

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyat müddəti uzadılıb

8 sentyabr, 16:31

ETN: Qeydiyyat zamanı tələbədən tibbi arayış tələb oluna bilər

8 sentyabr, 16:13

AzTU vakansiya elan edir

8 sentyabr, 15:39

Paytaxt məktəblərində maarifləndirici görüşlər başlayıb

8 sentyabr, 15:35

Məşqçi-müəllim Avropa çempionatında bürünc medal qazanıb 

8 sentyabr, 14:48

Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb

8 sentyabr, 14:33

Rezidenturaya əlavə qəbul üzrə qeydiyyat başlayır

8 sentyabr, 13:56

Qafqazın seysmologiyasını araşdıran tədqiqatçı: Süni intellektdən istifadə edirəm, amma…

8 sentyabr, 13:43

İdmançılarımız Türkdilli Dövlətlərin Universiadasında uğur qazanıblar

8 sentyabr, 13:22

Rektor Anar Eminov MDU-ya yüksək balla qəbul olunan tələbələrlə görüş keçirib

8 sentyabr, 12:10

Mebel, televizor, indi də … 3-cü peşəyə 46 yaşında yiyələndi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.