Bütün xəbərlər
24 iyun, 16:58

Göyçay şəhər akademik Ziya Bünyadov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin biologiya müəllimi Səidə Salihova sertifikasiya imtahanında maksimal 60 bal toplayaraq region birincisi olub. Artıq 4 ildir ki, bu məktəbdə rus bölməsində çalışan Səidə müəllim 2021-ci ildə keçirilən müəllimlərin işə qəbulu (MİQ) imtahanında da 57 bal toplayaraq respublika üzrə birinci olmuşdu. Bu uğurla öz rekordunu yeniləyən region müəllimi imtahana böyük hədəflər və yüksək gözləntilərlə hazırlaşdığını qeyd etdi.

Səidə Salihova “Azərbaycan müəllimi”nə imtahan təəssüratlarını bölüşdü: "İmtahan çox şəffaf, səliqəli və rahat keçdi. Həm nəzarətçilər, həm də təşkilatçılar hər şeyi yüksək səviyyədə təşkil etmişdilər. İxtisas sualları mənə çox rahat gəldi, kurikulumla bağlı isə bir-iki çaşdırıcı məqam olsa da, ümumilikdə çətin deyildi".

O, əldə etdiyi uğurda ailəsinin böyük rolunun olduğunu xüsusi qeyd edərək duyğularını belə ifadə etdi:  "Bu nəticəyə çatmağımda ailəmin, xüsusilə də anamın və atamın dəstəyi əvəzsizdir. Onlara buradan sonsuz təşəkkürlərimi bildirirəm".

Sonda Səidə müəllim imtahana hazırlaşan digər müəllimlərə səslənərək, "İmtahana hazırlaşan hər kəsə uğur diləyirəm. Hər uğurun açarı əzmlə çalışmaq və özünə inanmaqdır", - deyə tövsiyə verdi.

Şərhlər

Xəbər lenti

15 iyul, 10:51

Aydın Qasımov: İki markerin qiyməti üst-üstə düşməzsə, sistem yazını üçüncü markerə ötürür

15 iyul, 10:00

“Dövlət Proqramı gənclər üçün çox böyük fürsətlər yaradır” – Harvard Biznes Məktəbinin məzunu

15 iyul, 09:45

Bu gündən tələbələrin köçürülməsinə başlanılır

15 iyul, 09:42

“WorldSkills Azerbaijan” elektronika üzrə milli yarışın qalibləri müəyyənləşib

15 iyul, 09:30

ADNSU-nun pedaqoji və inzibati heyəti ilə “TəhsilPlus” kartına dair müzakirə görüşü keçirilib

15 iyul, 09:27

ADNSU tələbəsi beynəlxalq uğura imza atıb

15 iyul, 09:20

“Süni intellekt elmi tədqiqatlarda” mövzusunda elmi seminar keçirilib

15 iyul, 09:18

ADNSU tələbələri Oksford Universitetində yay məktəbinə seçiliblər

14 iyul, 18:00

Uşağa kitab oxuyun

14 iyul, 17:20

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

14 iyul, 16:05

“Narkomaniyaya qarşı mübarizədə məktəbin rolu” mövzusunda seminar keçirilib

14 iyul, 16:02

BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14 iyul, 15:45

Bu günədək 119 mindən çox uşağın birinci sinfə qəbulu tamamlanıb

14 iyul, 15:28

Azərbaycanda ötənilki qəbul və buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilir

14 iyul, 15:10

GDU-nun tələbəsi Avropa çempionu oldu

14 iyul, 13:59

Məleykə Abbaszadə: Texniki səhvlərlə bağlı müraciətlərə baxmamalıyıq

14 iyul, 13:56

Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır

14 iyul, 13:44

Qiymətləndirmələrin süni intellektlə aparılması gündəmdə deyil – Məleykə Abbaszadə

14 iyul, 13:15

DİM sədri: 5 il sonra bəzi ixtisaslar ləğv olunacaq 

14 iyul, 12:55

Məktəblilərimiz 57-ci Beynəlxalq Kimya Olimpiadasında uğur qazanıblar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.