"Azərbaycan müəllimi" qəzetinin saytı yeni dizaynı və artırılmış funksionallığı ilə xidmətinizdədir.
Oxucularımız indi elm və təhsil sahəsində, həmçinin ictimai-siyasi həyatda baş vermiş yenilikləri daha rahat əldə edə biləcəklər.
İlk növbədə qeyd edək ki, əvvəlki versiyadan fərqli olaraq saytın bütün cihazlar üçün həssas görünüş rejimi təmin edilib, yeni funksional alətlər tətbiq olunub.
Yeniliklərdən biri qəzetə elan göndərilməsi prosedurunun sadələşdirilməsidir. Belə ki, artıq ümumi məzmunlu və ya təhsil sənədinin itirilməsi ilə bağlı elanları redaksiyaya yaxınlaşmadan birbaşa sayt üzərindən göndərmək mümkündür.
Bundan başqa yeni versiyada əlavə olaraq "Bloq" bölməsi də yaradılıb. Elm və təhsil sahəsinə dair məqalələrini geniş auditoriyaya çatdırmaq istəyənlər (təhsil işçiləri, müəllimlər, tələbələr, doktorantlar və s.) özləri haqqında məlumat yerləşdirməklə şəxsi kabinetlərini yarada və yazılarını əlavə edə bilərlər.
Saytın daha da təkmilləşdirilməsi istiqamətində işlər davamlı aparılacaq.
Qeyd edək ki, yenilənmiş saytda əvvəlki versiyaya keçid də əlavə olunub.
Rəy və təkliflərinizi bizə yaza bilərsiniz!
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)