1 may 2024-cü ildən etibarən "myGov" şəxsi kabinet əsaslı elektron hökumət portalı vasitəsilə ümumilikdə 500 nəfər vətəndaş elektron arayış əldə edib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu vətəndaşlardan 341 nəfər peşə təhsili diplom məlumatları, 209 nəfər isə cari peşə təhsili xidmətindən istifadə edərək elektron arayış alıb.
Qeyd edək ki, vətəndaşların ilk və texniki peşə təhsili səviyyəsini təsdiq edən diplomlar, eləcə də peşə təhsili müəssisələrində təhsil alan cari tələbələr haqqında məlumatlar 1 may 2024-cü il tarixindən "myGov" portalına inteqrasiya olunub.
Xatırladaq ki, 2020-ci ildən peşə təhsili müəssisələrinə tələbə qəbulu "portal.edu.az" platforması vasitəsilə elektron qaydada həyata keçirilir və həmin ildən sonra məzun olan şəxslərin diplom məlumatları elektron hökumət portalında əks olunur. Kağız və elektron daşıyıcıda olan məlumatlar bərabər hüquqi qüvvəyə malikdir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)