Bütün xəbərlər
25 oktyabr, 17:52

Çin Xalq Respublikasının Hexi Universitetinin bir qrup əməkdaşı Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib.

Bu  barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyətinin tərkibində Hexi Universitetinin prorektoru, professor Gao Rong, Beynəlxalq Mübadilə və Əməkdaşlıq Departamentinin direktoru, dosent Li Hu, Tarix, mədəniyyət və turizm fakültəsinin dekanı, professor Liu Hongbo, Gansu Göbələk Tətbiqi Mühəndislik Laboratoriyasının direktor müavini, professor Liang Qianqian, Tədris işləri şöbəsinin müdir müavini, professor Wang Mingbo, Beynəlxalq Mübadilə və Əməkdaşlıq Departamentinin əməkdaşı Xiao Cen olub.

Qonaqlarla görüşən Aqrar Universitetin rektoru Zəfər Qurbanov ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri haqqında məlumat verib. Rektor bildirib ki, Aqrar Universitet Hexi Universiteti ilə birgə xüsusilə yeməli göbələk yetişdirmə sahəsində əməkdaşlıq etməkdə maraqlıdır.

Hexi Universitetinin prorektoru, professor Gao Rong ADAU-da olmaqdan məmnun olduğunu diqqətə çatdırıb. O deyib ki, tərəflər ali təhsil, akademik mübadilə və elmi tədqiqat sahəsində ortaq maraqlara və məqsədlərə malikdir. Həmçinin, gələcəkdə ADAU-da Çin Mədəniyyət Mərkəzinin qurulmasıda gələcək hədəflərdəndir.

Görüşdə birgə əməkdaşlıq perspektivləri, müəllim-tələbə mübadiləsi və birgə layihələrin hazırlanması məsələləri də müzakirə olunub.

Sonra hər iki universitetin tanıtım çarxı nümayiş olunub.

Sonda Azərbaycan Dövlət Aqrar Universiteti ilə Çin Xalq Respublikasının Hexi Universiteti arasında birgə əməkdaşlıq memorandumu imzalanıb.

Qonaqlar rəsmi görüşdən sonra Universitetin müasir laboratoriyaları, tələbə evləri, açıq və qapalı balıq yetişdirmə laboratoriyaları, meyvə bağları və heyvandarlıq kompleksində olublar.

1 /8

Şərhlər

Xəbər lenti

18 sentyabr, 16:36

Milli musiqimizin əvəzsiz siması…

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

18 sentyabr, 10:03

Məktəblərdə narkotik və psixotrop maddələr əleyhinə seminarlar keçiriləcək

18 sentyabr, 09:57

AzMİU-da xaricdə yaşayan elm adamları ilə görüş keçirilib

18 sentyabr, 09:44

Bülbül, Qara Qarayev, Niyazi müəllimliyi necə görürdü? – Qəzetin arxivindən

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.