Bütün xəbərlər
28 oktyabr, 15:49

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin 50 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Tədbirdə rektor Elçin Babayev, millət vəkilləri Səbinə Xasayeva, Naqif Həziyev iştirak edib.

"Azərbaycan müəlllimi" xəbər verir ki, universitetin rektoru Elçin Babayev çıxışında bildirib ki, Azərbaycanın müasir gəncliyi ölkəmizin inkişafı, tərəqqisi naminə hər cür fədakarlıqlar göstərib. Xüsusən 44 günlük Vətən müharibəsində gənclər tərəddüd etmədən canından keçiblər. BDU-da davamlı olaraq struktur və kadr islahatları aparıldığını deyən rektor BDU-da tələbə gənclərin hərtərəfli inkişafı, müasir tələblərə uyğun ali təhsil almaları, əmək bazarının tələblərinə cavab verən rəqabətədavamlı kadr kimi yetişmələri, onların ictimai təşəbbüslərinin dəstəklənməsi, idarəetmə və tədqiqat yönlü fəaliyyətə cəlb edilməsi, fəal vətəndaş mövqeyinin formalaşdırılması və möhkəmləndirilməsi, ictimai həyatda təşəbbüskarlıqlarının stimullaşdırılması, gənclərin asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. 

Rektor məlumat verib ki, 1974-cü ildən fəaliyyət göstərən Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi Azərbaycan ali təhsil müəssisələri arasında ən böyük və fəal tələbə həmkarlar təşkilatıdır. Komitə tələbə gənclərin potensialının üzə çıxarılması, tələbələrin təhsilalma şəraitlərinin yaxşılaşdırılması, sosial cəhətdən həssas qrupa daxil olan tələbələrə maddi dəstək verilməsi, onların sosial problemlərinin həll olunmasına yardım göstərən tələbə təşkilatıdır. Öz sıralarında BDU-nun tələbə, magistrant və doktorantlarını birləşdirən BDU THİK tələbələrlə sistemli iş aparır: “Bu il 105 il yubileyini qeyd etdiyimiz böyük tarixə və zəngin ənənələrə malik Bakı Dövlət Universiteti öz tələbələri və məzunları ilə fəxr edir. Tələbə-gənclərimiz ölkədaxili və beynəlxalq layihələrdə, olimpiadalarda fəal iştirak edir, müsabiqələrdə qalib olur, universitetimizə, ölkəmizə şöhrət qazandırırlar”.

Tədbirdə Milli Məclisin üzvləri Göydəniz Qəhrəmanova, Səbinə Xasayeva və Naqif Həmzəyev Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zöhrab Cavadzadə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Azərbaycan Gənclər Fondunun İcraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, BDU Həmkarlar İttifaqı Komitəsinin sədr müavini, BDU-da kafedra müdiri professor Alış Qasımov, Azərbacan Texniki Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Mirməhəmməd Ələkbərli çıxış edib. 

Konfransda vurğulanıb ki, Azərbaycan ali təhsil müəssisələri arasında ən böyük və fəal tələbə həmkarlar təşkilatı olan Bakı Dövlət UniversitetininTələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin sosial-ictimai həyatının təşkilində, təhsilalanların sosial problemlərinin həllində mühüm rol oynayır. Həm elmi-praktiki, həm də sosial-ictimai layihələrin təşkilində və həyata keçirilməsində yüksək fəallıq nümayiş etdirən komitə tələbələrin karyera imkanlarının genişlənməsi, asudə vaxtlarının səmərəli keçirilməsi, idmanın təşviqi, onların bilik və bacarıqlarının artırılması istiqamətində müxtəlif tədbirlər, layihə, müsabiqə və sərgilər təşkil etməklə ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə öz layiqli töhfəsini verir.
10 nəfər fəal THİK üzvünü Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsi təltif edib.

Tədbir bədii hissə ilə başa çatıb.

1 /6

Şərhlər

Xəbər lenti

14 iyul, 18:00

Uşağa kitab oxuyun

14 iyul, 17:20

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

14 iyul, 16:05

“Narkomaniyaya qarşı mübarizədə məktəbin rolu” mövzusunda seminar keçirilib

14 iyul, 16:02

BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14 iyul, 15:45

Bu günədək 119 mindən çox uşağın birinci sinfə qəbulu tamamlanıb

14 iyul, 15:28

Azərbaycanda ötənilki qəbul və buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilir

14 iyul, 15:10

GDU-nun tələbəsi Avropa çempionu oldu

14 iyul, 13:59

Məleykə Abbaszadə: Texniki səhvlərlə bağlı müraciətlərə baxmamalıyıq

14 iyul, 13:56

Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır

14 iyul, 13:44

Qiymətləndirmələrin süni intellektlə aparılması gündəmdə deyil – Məleykə Abbaszadə

14 iyul, 13:15

DİM sədri: 5 il sonra bəzi ixtisaslar ləğv olunacaq 

14 iyul, 12:55

Məktəblilərimiz 57-ci Beynəlxalq Kimya Olimpiadasında uğur qazanıblar

14 iyul, 12:37

Yüksək bal toplayan şagirdlərin çoxunun valideyni müəllimdir - Məleykə Abbaszadə

14 iyul, 12:19

Məleykə Abbaszadə: Abituriyentlərin nəticələri ürəkaçandır

14 iyul, 12:16

Şəmkirdə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

14 iyul, 11:58

ADA Universiteti dövlət sifarişi ilə tələbə qəbulu aparacaq

14 iyul, 11:52

Builki abituriyentlərin yarısı dövlət sifarişli yerlərə qəbul olacaq

14 iyul, 11:49

Bəzi ixtisasların V qrupa keçirilməsi layihəsi qəbul edilmədi – DİM sədri

14 iyul, 11:37

“İmtahan prosesinə özüm müdaxilə etmək istəsəm belə, bu, mümkün deyil” - Məleykə Abbaszadə

14 iyul, 11:00

Yeniyetməlik dövrü, özünüifadə ehtiyacı və azadlıq arzusu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.