4 dekabr 2024

Bütün xəbərlər
test
5 noyabr, 10:40
382


Universitetlərdə Akademik kapitalizm və ya Ali Biznes məktəblərinin fəaliyyəti

Son onilliklərdə  ali məktəblərdə baş verən dəyişikliklər akademik kapitalizm adını almışdır.  Akademik kapitalizm bütün dünyada universitetlərdə islahatların aparılması nəzəriyyəsi və praktikasıdır. Ədəbiyyatda akademik kapitalizm adətən elmi biliklərin istehsalı və yayılması subyektləri arasında koordinasiya və qarşılıqlı əlaqənin bazar mexanizminin məntiqi ilə diktə olunan bir növü kimi başa düşülür.
 
Biznes məktəbləri müəllimlərinin tədqiqatçılıq fəaliyyətinin onların əsas vəzifələrinə daxil olub-olmaması hələ də diskussiyalara səbəb olur. Bir tərəfdən, Amerika biznes məktəblərində müəllimin peşə statusu birbaşa tədqiqatın aparılması və onun nəticələrinin dərci ilə bağlıdır. Digər tərəfdən, tətbiqi təhsildə “akademikliyin” üstünlük təşkil etməsinin və professorların öz tədqiqatlarına qapanmasının tənqidi getdikcə kəskinləşir.

Amerika biznes məktəblərlərinin əksər rəhbərlərinin fikrincə, yalnız tədqiqat aparan, ofislərində qapanan və digər universitetlərdən həmkarları ilə yazışan, habelə çox ezoterik nəşrlərdə əsərlərini dərc etdirən, eyni zamanda tələbələrlə görüşlərə və dərs deməyə heç bir marağı olmayan professorlara etibar etmək olmaz və bu gün professorlar tədris prosesinə təhsilalanları  maksimum cəlb etməli,  onlarla  maraqlanmalı və mütəmadi olaraq ayuditoriyalarda görünməlidirlər. 

Bəli, hesab edilir ki, müəllimlər bilik istehsal etməlidir, amma bununla yanaşı, onlar bu bilikləri təhsilalanlarla bölüşməlidirlər.
Burada bizim qarşımızda mahiyyətcə iki vəzifə dayanır. Birincisi, elə etmək lazımdır ki, tələbələr bilikləri sadəcə istehlak formasında qəbul etməsinlər və onları mənimsəyərək öyrənsinlər. İkincisi, feedback–i artırmaq və daha da rəngarəng etmək lazımdır, tələbələr  və müəllimlər arasında əlaqə və əks -əlaqə olmalıdır. Tələbələri sərbəst fəaliyyət istiqamətinə stimullaşdırmaq lazımdır.

Amerika biznes məktəblərində müəllim heyətinin yetmiş beş faizi tədris müəssisəsində tam ştatda olmayan adyunkt professorların payına düşür. Tədqiqatlar bizneslə qarşılıqlı əlaqələrdə aparılmalıdır ki, bu da onu şirkətlər və cəmiyyət üçün relevant, maraqlı və faydalı edəcək. Bundan başqa, professorlar təkcə elmi nəşrlərdə deyil, həm də gündəlik qəzetlərdə məqalələr dərc etməlidirlər. 

Biznes təhsili bazarının klassik problemi ondan ibarətdir ki, təcrübədən az məlumatı olan əla mütəxəssislər (fənn müəllimləri) və müəllimlik peşəsi haqqında az anlayışı olan əla praktiklər var. Biznes təhsili sahəsində yaxşı müəllim həmişə keyfiyyətlərin (fənn bilikləri/biznes bilikləri/öyrətmək bacarığı) simbiozu, inteqrasiyasıdır. Təhsilin real biznesdən təcrid olunması və açıq-aşkar geridə qalması ilə bağlı daimi tənqidlərlə üzləşən biznes təhsil birliyi bu problemi həll etmək üçün müxtəlif yollar işləyib hazırlamağa çalışır. Məsələn: korporativ universitetlərin inkişafı və onların biznes məktəbləri ilə əməkdaşlığının gücləndirilməsi; müəllimlərin idarəetmə konsaltinqinə cəlb edilməsi; praktiklərin tədris fəaliyyətinə cəlb edilməsi.
Hər üç ölçmə səviyyəsində (“giriş” – “proses” – “nəticə”) kompleks qiymətləndirmə metodikalarının həyata keçirilməsində obyektiv çətinliklərə baxmayaraq, son illərdə biznes təhsilinin təkmilləşdirilməsi geniş vüsət alır. 

ABŞ-də aparılan biznes təhsili sahəsində müəllim əməyinin təhlili aşağıdakı nəticələr çıxarmağa imkan verib: 
1. biznes təhsili sisteminin fəaliyyətində institusional dəyişikliklər (qlobal təhsil məkanına inteqrasiya) təhsilin keyfiyyəti məsələlərini ön plana çıxarır. Biznes təhsilinin keyfiyyətini təmin edən ən mühüm strateji resursdur müəllimlərdir. Onların fəaliyyətinin (əməyinin) səmərəliliyi biznes təhsilinin son məqsədinə - təlim keçmiş menecerlərin karyera yüksəlişinə və şirkətlərin fəaliyyətinin iqtisadi göstəricilərinin yüksəldilməsinə nail olmağı əvvəlcədən müəyyənləşdirir. 

2. Biznes təhsili sahəsində müəllim əməyi ali təhsil müəssisələrində müəllim əməyindən əsaslı şəkildə fərqlənir. Bu fərqlər təlim alanlar kontingentinin xüsusiyyətləri (peşə fəaliyyəti sahəsində təcrübəyə malik menecerlər); təhsil məhsulunun özünün xüsusiyyətləri (biznes təhsili sahəsində təhsil xidməti "hazır" təklif xüsusiyyətlərinə malik deyil - yeni bilik, bacarıq və vərdişlər müəllimlər və tələbələr arasında birbaşa qarşılıqlı təsirlər zamanı, hətta bəzən sonuncuların fəal mövqeyi sayəsində yaranır); biznes təlimində qarşılıqlı əlaqələrin xarakteri və kommunikativ məkanının təşkili (əlaqələrin çoxsəviyyəliliyi, rol modellərinin dinamikliyi, cari təlim vəzifələrinə uyğun qrupların formalaşdırılması) ilə müəyyən edilir. 

3. Biznes təhsili sahəsində pedaqoji əməyin əsas xüsusiyyəti əmək fəaliyyətinin "birləşdirilmiş" xarakteri iki sahənin - təhsil və biznesin qarşılıqlı təsir məkanında fəaliyyət göstərən biznes təhsilinin institusional xarakteri ilə müəyyən edilir. Əməyin mühüm bir xüsusiyyəti kimi qeyd etdiyimiz "birləşdirilmiş" xarakteri biznes təhsili sahəsində müəllim əməyinin keyfiyyətinə səriştə əsaslı tələblərin profilini müəyyənləşdirir.
Tədqiqatın nəticələri əsasında müəyyən edilmiş səriştələr (müəllifin tədqiqatları da daxil olmaqla) iki qrupa bölünür: - tədris fəaliyyəti ilə bağlı səriştələr (fənn, metodiki, şəxsiyyət-kommunikativ); - biznes sahəsində praktiki fəaliyyətlə bağlı səriştələr (ekspert-konsaltinq, bilavasitə idarəçilik). 

4. Biznes təhsili sahəsində müəllim əməyi daim dəyişən biznes mühitinə bu mühitdə işgüzar müəssisələrin fəaliyyətinə uyğun olaraq səriştələrin inkişafında yüksək dinamikliyə malikdir.
Fərdi istehlakçılar və sifarişçi müəssisələr tərəfindən təhsil proqramlarına və tədrisin keyfiyyətinə tələblərin artması biznes məktəblərinin rəhbərliyindən diunləyicilərin qiymətləndirmələrinin daimi monitorinqi və təhsil müəssisələri ilə biznes ictimaiyyəti arasında məhsuldar qarşılıqlı əlaqələrin təmin edilməsi əsasında biznes təhsili müəssisələrinin müəllim heyətinin axtarışı, seçilməsi, qiymətləndirilməsi və peşə inkişafı üçün rəqabətqabiliyyətli strategiyalar işləyib hazırlamağı tələb edir. 

5. Müəllim əməyinin səmərəliliyinin qiymətləndirilməsi aşağıdakı üç səviyyədə ölçmənin ardıcıl həyata keçirilməsini tələb edir: "giriş" (irəli sürülən səriştəlilik tələblərinə formal uyğunluğun əvvəlcədən sınaqdan keçirilməsi); proses (təlim proqramlarının həyata keçirilməsi zamanı müəllimlərin ixtisas dərəcələrinin qiymətləndirilməsi); nəticə (biznes təhsilinin strateji məqsədinə – fərdi menecerlərin karyerasına töhfə verilməsi və müəssisələrin fəaliyyətində səmərəliliyin artırılmasına nail olma).

Universitetlərin  “Google”laşdırılması

Tələbələr  müzakirələrin aktiv iştirakçısı olmalı və onlar düşünərək öyrənməlidirlər. Lakin ictimai və sosial elmlər üzrə kimsə kitab oxumursa, onu nəyəsə və  necə öyrətmək olar? Bu isə adi mövzular deyil, əksinə müzakirəyə və düşüncəyə əsaslanan mövzulardır.Ancaq müasir tələbələr elmi və tədris əhəmiyyətli kitablardan az istifadə edir. Əgər elmi kitab mütaliə etmirsə, deməli, müvafiq mövzunun quruluşunu izah edə bilməyəcəkdir.  Professor  və ya lektor tədris prosesində apardığı elmi–tədqiqat işləri ilə tələbələri tanış etməlidir. Başqalarının hazırladığı dərslikdən dərs demək tələbələrin diqqətini yayındırır. Professor dərsdə öz elmi fəaliyyəti haqqında, yəni  apardığı tədqiqatın müzakirəsini təşkil etməlidir. Özünün tədqiqatlarını tələbələrin ictimai müzakirəsinə təqdim etməyənlər heç bir halda yaxşı lektor və ya müəllim ola bilməz. 

Tələbələrə akademik bacarıqlar yeni formada öyrədilməlidir. Bu bacarıqlar çoxməzmunludur və kritik düşüncəni formalaşdırır, səmərəlidir, həm də mühüm problemləri müəyyənləşdirməyə imkan verir.  Düşüncənin Google –laşdırılması. Biz artıq həqiqətən beynin vasitəsilə yox, “Google”un köməyi ilə fikirləşirik. Ən başlıcası, internet tənqidi düşüncəni söndürür və o bu cür fikirləşməyi öyrətmir. Tənqidi düşüncəni kitablar öyrədir, bunun üçün keçmiş bilik sisteminin meyarları, o cümlədən ensiklopedik biliklər daha çox önəmlidir. İnternet bilikləri və informasiyanı kifayət qədər sadələşdirir və həzm etmək üçün asanlaşdırır, nəticədə, insanı tənqidi düşüncədən məhrum edir. Hamı çalışır ki, nə isə asan və daha gözə soxulan ideyaları, frazaları və nəzəriyyəni önə versin və onun köməyi ilə izah etsin. Bu məsələ təkcə müəllimlər üçün yox, həm də cəmiyyət üçün xarakterikdir. 

Professorlarla tələbələr arasındakı münasibətlərdə “monoloq” formatı ikincilərdə psixoloji komplekslər yaradır. Bundan əlavə, tədqiqatlar göstərir ki, lektora qarşı münasibətlərdə qıcıqlanmalar artmaqdadır və onlar bu münasibətlərdən yorulurlar. Belə ehtimal olunur ki, tələbə üzərində ağır çəkili fiqurun “asılması” ona əlavə psixoloji təsir göstərir; stulda əyləşən adam daha yaxşı qəbul olunur. Bu halda, lektorun “danışan başı” tələbələr üçün canlı insan kimi daha üstün hesab olunur. 

Bu gün universitetlərdə professorların mühazirələri əvvəlki dövrdə olduğu qədər dəyərə malik deyil, bu mühazirələrdə deyilənlərin hamısını sərbəst şəkildə internetdə oxumaq mümkündür. Universitet kitabxanaları da qiymətdən düşmüşdür, çünki burada da internet öndədir və tələb olunan materiallar operativ şəkildə internetdən tapılır. Universitetlərin istehsal strukturlarından ayrı düşməsi də professorları darıxdırıcı və maraqsız etmişdir. Bütün bunlara əlavə olaraq, hər yerdə professorların gəlirləri azalmaqdadır. Yada salaq ki, orta əsrlərdə Alman professorlarının gəlirləri o səviyyədə idi ki, belə bir söz gəzirdi: “O, professor kimi yaşaya bilər”. 

Fikrimizcə, ali təhsil sisteminin müasir müəllimindən dünya görüşünün genişləndirilməsi tələb olunur: 
1) elmi tədqiqat işlərinə münasibətin yenilənməsi, öz tələbləri ilə peşəkarlıq səviyyəsinə olan tələblər arasındakı fərqlərin, yad elementlərin aradan qaldırılması;
2) mövcud vəziyyətin əsirinə çevrilməmək, elmi fəaliyyətdən, onun nəticələrindən zövq almaq və yaradıcı olmaq; 
3)  yeni təşkilati strategiyaların seçilməsi zərurətinə inanmaq, beləliklə kəmiyyət paradiqmasının üstün olduğu bir şəraitdə, prioritetin kəmiyyətdən keyfiyyətə keçməsinin vacbliyini dərk etmək;
4) virtual horizantları mənimsəmək, o cümlədən professional reputasiyanın əsas tərkib komponentlərindən biri kimi, virtual obrazın olmasını dərk etmək.

Elmin beynəlmiləlləşməsi və ingilis dili

Xarici həmkarlar ilə əməkdaşlıq etmək müasir dünyada universitetlər üçün beynəlmiləlləşmənin inkişafında aparıcı fəaliyyət istiqamətidir. Onların əksəriyyəti birgə tədqiqat proqramlarını reallaşdırmağa, ikili diplom proqramlarının təşkilinə, həmçinin xarici təşkilatların fəaliyyəti ilə bağlı digər partnyor əlaqələrin inkişafına, xüsusilə inkişaf etmiş ölkələrdən olan universitetlərlə əlaqələrin təşkilinə böyük əhəmiyyət verirlər. 
Beynəlxalq Universitetlər Assosiasiyasının hesabatına görə dünya üzrə tədqiqatlarda iştirak etmiş 782 universitetdən 64%-i xarici universitetlərlə birgə proqramlar üzrə partnyorluq, 80 %-i isə ikili diplom proqramları üzrə əməkdaşlıq edirlər. Bütün təhsil sistemində getdikcə daha sürətlə ingilis dilində tədris və təhsil populyarlıq qazanmaqdadır. Universitetlərdə ingilis dilinin tədrisinin tətbiq olunması 4 mühüm amillə və əsaslarla izah olunur: 
1) yerli məzunların işə düzəlməsi imkanlarının genişlənməsi;
2) beynəlxalq əməkdaşlığın genişlənməsi;
3) əlavə gəlirlərin əldə edilməsi; 
4) milli və beynəlxalq səviyyədə fəaliyyətin genişləndirilməsi.
Bu amillər  bir-birilə kifayət qədər əlaqəlidir: 
İngilis dilində tədris və təhsil–əksər qeyri-ingilis dilli ölkələrdə ali təhsilin beynəlmiləlləşməsinin bir əlamətidir. Tələbələrin ingilis dilini öyrənməsini təşkil etmək yolu ilə tədricən tədrisin və təhsilin ingilis dilinə keçidi, akademik fənlərin ingilis dilində öyrənilməsi və tədrisi baş verir. 
Təhsilin beynəlmiləlləşməsi şəraitində bir çox universitetlər institusional səviyyədə öz missiyalarını “qlobal səlahiyyətlərlə” “dünya vətəndaşı”nın hazırlanmasında görürlər.

Aparılan tədqiqatlar universitetlərdə 6 mühüm beynəlmiləl istiqaməti aşkarlamağa imkan vermişdir:
1) inzibati rəhbərliyin və strukturun yenidən qurulması; 
2) müəllim heyətinin təkmilləşdirilməsi; 
3) beynəlxalq təhsil proqramlarının yaradılması; 
4) tələbələrin akademik mobilliyi; 
5) distant təhsil;
6) əməkdaşlıq və partnyorluq. 
Bunlardan üçünə – müəllim heyətinin təkmilləşdirilməsinə, tələbələrin akademik mobilliyinə, əməkdaşlıq və partnyorluq problemlərinə bu məqalədə yer verilir. 

İngilis dilinin geniş istifadə edilməsi həm də elmi metodologiyada, dərc olunmalarda öz təsirini göstərir. Sosial elmlər istiqamətində, yəni mədəni və milli reallıqların vacib olduğu elm sahələrində bu məsələ xeyli aktualdır, başqa sözlə, ingilis dilini zəif bilən alimin tədqiqatlarının mükəmməl olacağına inam azdır. Ona görə də elmi sahələrin nümayəndələri ingilisdilli akademik arenada nəşr olunan elmi jurnalların redaktorlarının və nəşriyyatların maraqlarına səbəb ola biləcək tədqiqat mövzularına daha çox üstünlük verməyə məcburdurlar. 
Başqa bir problemi humanitar və sosial elmlərə daha çox aid etmək olar. Belə ki, ingilisdilli beynəlxalq jurnallarda çoxlu sayda dərc olunma yarışına məcbur qoşulduqlarından, alimlərin əhəmiyyətli bir hissəsi yerli mətbuatda və elmi jurnallarda az dərc olunur, bu isə ictimai diskussiyanın inkişafına mənfi təsir göstərir. Məsələn, Niderlandda beynəlxalq dərcolunmalar probleminə qarşı mübarizə aparanlar araşdırmalarda bu məsələlərə diqqət yönəldir. “Beynəlxalq ali təhsil” jurnalının 88-ci buraxılışında Akiyesi Yonedzava yazır ki, Yaponiyada ingilis dilində işlərin az olması humanitar və sosial elmlərin inkişafına mane olur. O hesab edir ki, ingilis dilinin humanitar və sosial elmlərdə monopoliyasının saxlanılması az ehtimal olunan və arzu olunmayandır, belə ki, bu elmlərin əsasında çoxdillilik və çoxmədəniyyətlilik əsas şərtdir.  

Dünya universitetlərində ingilis dilinin sürətlə yayılması, o qədər də hiss edilməyən digər bir problemin ortaya çıxmasına səbəb olmuşdur. İngilisdilli ölkələrdən olan tələbələr artıq başqa dillərə və onların öyrənilməsinə maraq göstərmirlər. Onlar əmindirlər ki, hansı ölkədə olmalarından və oxumalarından asılı olmayaraq, ingilis dilində danışacaqlar və ünsiyyətdə olacaqlar. Bu səbəbdən, kursların da sayı azalmaqdadır, həmçinin dünya mədəniyyətinin və sivilizasiyanın öyrənilməsi üzrə kurslara da maraq azalmışdır. Nəticədə, ingilisdilli ölkələrdən olan tələbələr digər dünya ölkələrinin dilləri və mədəniyyətləri haqqında çox zəif bilgiyə malikdirlər. 

“İngilis imperializmi” adlanan bu problemin sadə həlli demək olar ki, yoxdur. İnkar etmək olmaz ki, hazırda ingilis dili dünya elm və təhsilində hökmranlıq edir, eyni zamanda dünya alimlərinin və tələbələrinin formal və qeyri-formal ünsiyyətlərində əsas yeri tutur. Ümumən universitetlərdə təhsil proqramları üçün dil seçərkən ona çəkilən xərcləri və verə biləcəyi nəticələri ciddi şəkildə anlamaq və təhlil etmək zəruridir[4]. 
Ali təhsil sistemində istifadə olunan ingilis dili bu sahədəki siyasətə ciddi təsir edir. Belə ki, ABŞ və Böyük Britaniya, həmçinin digər ingilisdilli ölkələr özlərinin güclü resursları sayəsində və elmi kommunikasiyaları hesabına ali təhsil sistemində aparıcı mövqedə möhkəmləmişlər. Bundan əlavə, dünyada nüfuzlu elmi jurnalların əksəriyyəti ABŞ-da nəşr olunduğundan bu ölkənin tədqiqatçıları və alimləri böyük üstünlüklərə malikdirlər. Bunun əsas səbəbi ekspert qiymətləndirməsi sisteminin əsas hissəsinin ABŞ-da yerləşməsi və bu mühitdə daha yaxşı məqalələrin hazırlanmasınin, elmi metodologiyanın inkişaf etdirilməsinin təmin olunmasıdır. 

Əvvəldə qeyd etdiyimiz kimi beynəlxalq səviyyədə və təhsil sistemində ingilis dili əhəmiyyətli səviyyədə fransız, alman və ispan dillərini sıxışdırmışdır, artıq bu dillərdən istifadəyə müraciətlər sürətlə azalmaqdadır. Hazırda beynəlxalq akademik cəmiyyətdə ingilis dilinin əsas akademik dil kimi qəbul edilməsinə şübhə qalmamışdır. Milli akademik sistemlər ingilis dilinin tətbiqini beynəlmiləlləşmə və rəqabət mühitində mühüm amil kimi qəbul edir,  “dünya səviyyəsi” standartlarına çatmaqda bunu vacib sayırlar. Ona görə də ingilis dilinin dominantlığı və dünya elmində hegemonluğu, akademik sistemdə əsas yer tutması, başqa dillərdən istifadə edən alimlər və tədqiqatçılar üçün böyük çətinliklər yaradır. 

Dünyada təbiət elmləri və humanitar elmlər üzrə jurnalların əksəriyyəti ingilis dilində nəşr olunur və bunların redaktorlarının, həmçinin müəlliflərinin də əksəriyyəti ingilis dilli ölkələrin professorlarıdır. Bu səbəblərdən dünyada akademik internet saytlarının və elmi şəbəkələrin əksəriyyəti ingilis dilində fəaliyyət göstərir. Multimilli nəşriyyat və media komaniyaları, o cümlədən Springer və Elsevier, demək olar ki, özlərinin akademik materiallarının hamısını ingilis dilində nəşr edirlər. Onlar yaxşı başa düşürlər ki, alıcıların əksəriyyətinə məhz ingilis dilndə jurnallar, kitablar, həmçinin internet məhsullar gərəkdir. Buna görə də, dünya universitetləri stimullaşdırıcı tədbirlər görürlər ki, onların professorları öz məqalələrini nüfuzlu jurnallarda dərc etdirsinlər. Çünki çox sayda qeyri- ingilis dilli nəşrlər  beynəlxalq meyarlar və tələblərə cavab vermir, bu isə alimlərin elmi fəaliyyətini məhdudlaşdırır. Ona görə də, daha yüksək karyera arzusunda və məqsədində olan alimlər beynəlxalq səviyyədə nüfuzlu hesab olunan elmi jurnallarda nəşr olunmağa can atırlar. Bu isə bir çox hallarda müxtəlif səbəblərdən mümkün olmur. Buna görə də tədqiqatçılarımız və alimlərimiz elmi axtarışlarının nəticələrini öz fəaliyyətini beynəlxalq səviyyəli nüfuzlu nəşrlərin meyarlarına uyğunlaşdıran milli elmi jurnallarda da çap etdirə bilərlər.

Ali məktəblərdə elmi fəaliyyət işinin təşkili

Ali təhsil müəssisələrində müəllim təkcə alim, pedaqoq, tədqiqatçı deyil, həm də tədris prosesinin təşkilatçısı olmalıdır. Müəllimin şəxsiyyəti, onun metodiki, pedaqoji və psixoloji hazırlığı çox hallarda təhsilin keyfiyyətini müəyyən edir. Müasir universitetlərin elmi fəaliyyət sistemində doktoranturanın təşkilində köklü dəyişikliklərə ehtiyac vardır. Ona görə də doktoranturanın yenidən təşkili, ən əsası isə akademik etika qaydalarının öyrənilməsinə və tətbiqinə riayət olunmasına diqqətin artırılması ağlabatan zərurət sayıla bilər. 
Universitetdə professor-müəllim heyəti işə götürülərkən ilk göstərici elmi fəaliyyətdir. Müəllim təcrübəsi arzuolunandır, lakin mütləq deyil. İlk növbədə alimin elmi tədqiqatlarının nəticələri nəzərə alınır. Alim universitetə qrantlar gətirir, məqalələr dərc etdirir, beynəlxalq və yerli mükafatlar alır, getdikcə daha çox yeni-yeni tələbələri öz fəaliyyətinə cəlb edir və nəticədə universitetlərin reytinqinə müsbət təsir göstərir. 
Ali məktəb müəlliminin elmi fəaliyyəti tədris, elm və təcrübənin vəhdətini təmin edir, elmin özünün idraki və dəyişmə funksiyasının reallaşmasını təmin edir. Bundan başqa, elmi iş müəllimin alim kimi şəxsi nüfuzunu artırır, tələbələrin müstəqil elmi işinin imkanlarını genişləndirir, tələbələrin ali təhsil müəssisəsində tədrisdən məmnunluq dərəcəsini artırır. 

Ali təhsil müəssisəsinin  professor-müəllim heyəti müasir dövrdə zəruri və aktual olan, mahiyyət etibarilə onun xidməti vəzifəsi olan yeddi əsas rolunu qeyd etmək olar. Beləliklə, professor-müəllim heyəti aşağıdakılar qismində çıxış edir: 
•    biliklərin ötürülməsi və peşə kompetensiyalarının formalaşdırılması prosesinin subyekti və bu prosesin təşkilinin subyekti; 
•    elmi axtarışın, elmi-metodiki nəticələrə nail olmanın subyekti və tələbələrin elmi-tədiqat işinin təşkilatçısı; 
•    sosial-şəxsiyyət kompetensiyalarının, vətəndaş tərbiyəsinin, məzunların işlə təmin edilməyə və gələcək karyeraya hazırlığı prosesinin subyekti; 
•    elmi-istehsalat prosesinin, tələbələrin təcrübə yönümlü, layihə fəaliyyətinin təşkili prosesinin subyekti; 
•    universitetin bütün fəaliyyətinin beynəlmiləlləşdirilməsi subyekti; 
•    vahid nəticənin əldə olunmasına yönəlmiş vahid kollektivin  sistemli, məqsədyönlü fəaliyyətinin subyekti; 
•    innovativ prosesin, ümumi yaradıcılıq prosesinin subyekti. 
Lakin kompetensiyalı tədris modelinə keçidlə əlaqədar olaraq ali təhsil müəssisəsi müəlliminin fəaliyyəti təkcə pedaqoji deyil, həm də elmi-pedaqoji fəaliyyətə çevrilir. 

Müasir ali təhsil sistemi  elm tutumlu prosesə çevrilir və tədqiqat fəaliyyətinə təkcə müəllimin hüququ kimi deyil, həm də onun peşə borcu  kimi baxılır. 
Müasir müəllim, tədqiqat fəaliyyətinin subyekti kimi, aktual tədqiqatın aparılması imkanını üzə çıxarmağı, dəqiq və reallaşdırıla bilən tədqiqat vəzifələrini qoymağı, tədqiqatı səmərəli surətdə planlaşdırmağı, maraqlı hipotezaları irəli sürməyi, tədqiqat işini keyfiyyətlə aparmağı və nəticələri operativ surətdə qiymətləndirməyi və təhlil etməyi bacarmalıdır. 

Ali məktəb  elmi səmərəliliyinin ən çox istifadə olunan göstəriciləri arasında aşağıdakıları qeyd etmək olar: 
-    əməkdaşlara verilən elmi dərəcələrin sayı; 
-    bibliometrik göstəricilər; 
-    elmi təşkilat tərəfindən biznes-pertnyorlardan cəlb edilən ETTLİ-nə büdcədənkənar vəsaitlərin miqdarı; 
-    elmi təşkilatın müsabiqə əsasında aldığı layihə maliyyələşdirməsi; 
-    qeydiyyata alınmış patentlərin sayı (bəzi AB ölkələrində yalnız beynəlxalq patentlər nəzərə alınır); 
-    elmi təşkilatın beynəlxalq tədqiqat layihələrində iştirakı. 

Müəllim fəaliyyətinin səmərəliliyin göstəricilərinə təsir edən amillər  aşağıdakılardır: 
-    elmi nəşrlərin sayı; 
-    beynəlxalq məlumat bazalarında sitat gətirilməsi; 
-    monoqrafiya, tədris vəsaitlərinin nəşri ; 
-    qazanılmış qrantların sayı; 
-    nüfüzlü elmi tədbirlərdə iştirakı;
-    patentlərin kommersialaşması. 

Azərbaycan Respublikasının Təhsil Qanununa uyğun olaraq, ali məktəblərinin elmi fəaliyyəti ilə bağlı təşkilati işlər “Ali təhsil müəssisələrində elmi-tədqiqat işlərinin təşkili və planlaşdırılması haqqında” Əsasnamə  ilə tənzimlənir.

Əvvəlki yazı:
Universitetlərdə elmi fəaliyyətin təşkili və idarəetmə (I YAZI)


Zahid Məmmədov,
Əməkdar müəllim, iqtisad elmləri doktoru (TC, RF, AR), professor

Xəbər lenti

4 dekabr, 15:55
8

TIMSS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələri açıqlanıb

4 dekabr, 15:34
6

Paytaxt məktəbində şagirdin digər şagirdə xəsarət yetirməsinə aydınlıq gətirilib

4 dekabr, 14:52
9

"Scopus AI" ilə bağlı ilk infosessiya keçirilib

4 dekabr, 14:49
7

“Artikulyasiya akademiyası: şagirdlərin ictimai natiqlik proqramı” layihəsinə start verilib

4 dekabr, 14:41
7

DP məzunları BMT-nin "Confrence of Youth-COY19" tədbirində iştirak ediblər

4 dekabr, 14:30
8

Direktorların işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıb

4 dekabr, 14:12
85

4 fənnin kurikulumu təsdiqlənib

4 dekabr, 14:03
41

Azərbaycanda “avtobus-bağça"lar fəaliyyətə başlayacaq

4 dekabr, 13:59
15

“Praktik riyaziyyat” adlı yeni metodik vəsait nəşr olunub

4 dekabr, 13:43
15

Məktəblilərin fiziki fəallığı artırılır – Yeni layihə

4 dekabr, 12:59
10

Divar üzərində maraqlı rəsmlər çəkən məktəbli 

4 dekabr, 12:47
43

Bəzi kolleclərdə nöqsanlar aşkarlandı, rəhbərlərinə töhmət verildi

4 dekabr, 12:45
27

Emin Əmrullayev: Məktəbəqədər təhsildə əlavə 100 min yer açılacaq

4 dekabr, 12:38
12

“CourtKings: məktəblilərin basketbol turniri” layihəsinin açılış mərasimi keçirilib

4 dekabr, 12:34
28

Nazir: Əhali sıxlığı yüksək olan ərazilərdə dövlət-özəl tərəfdaşlığı modeli tətbiq edilə bilər

4 dekabr, 12:12
14

Tural Əhmədov: Məktəbəqədər təhsil uşağın növbəti pillələrdə daha uğurlu olmasına təsir edir

4 dekabr, 11:47
26

Emin Əmrullayev: Bağçalarda təhsil komponentinə az diqqət yetirilir 

4 dekabr, 11:35
13

Həkimi bioloqa, hüquqşünası tarixçiyə, tarixçini kitabxanaçıya çevirən ixtisas seçimi

4 dekabr, 11:21
26

Uşaqların 80-90 faizi ən azı, bir il məktəbəqədər təhsilə cəlb edilir – Emin Əmrullayev

4 dekabr, 11:12
33

Nazir: Hədəfimiz məktəbəqədər təhsilə əlçatanlığın 50 faizə çatmasıdır

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.