Bütün xəbərlər
5 noyabr, 16:31

Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Raqif İsrayılov “Məktəbdə...” layihəsinin qonağı olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki görüşü paytaxtdakı 205 nömrəli tam orta məktəbdə keçirilib.   

Bu barədə “Azərbaycan müəllimi”nə BŞTİ-dən məlumat verilib.

Görüş Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Zəfər Gününün növbəti ildönümü ərəfəsində baş tutan görüş Azərbaycan oğullarının Qarabağda yazdığı tarix barədə müharibənin canlı şahidinin xatirələri, şagirdlərin maraqlı sualları üzərində qurulub. Səmimi ünsiyyət şəraitində keçən görüşdə R.İsrayılov Müzəffər Ali Baş Komandanın verdiyi döyüş əmrindən, 30 ildir hər bir azərbaycanlının həsrətlə gözlədiyi bu qərardan sonra həm ön, həm də arxa cəbhədə insanların birliyindən, göstərilən qəhrəmanlıqlardan, Vətən müharibəsi ilə bağlı yaddaşından silinməyən hadisələrdən bəhs edib.

“Vətən qəhrəmanları sinif otaqlarında yetişir”, - deyən R.İsrayılov şagirdlərin həqiqi vətənpərvər, əsl vətəndaş olaraq yetişməsində məktəbin, müəllimlərin rolundan, bu məsələdə gənclərin üzərinə düşən vəzifələrdən söz açıb. Qəhrəman hərbçi hər bir azərbaycanlı üçün Zəfərin daşıdığı önəmdən, millət üçün birliyin, həmrəyliyin vacibliyindən danışıb, şagirdləri düşündürən sualları cavablandırıb.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və “Kaspi.az” saytıdır. 

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.

1 /7

Şərhlər

Xəbər lenti

20 iyun, 18:15

Şəhid övladı olan müəllim sertifikatlaşdırmada yüksək nəticə göstərdi

20 iyun, 17:33

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Karyera Günü” keçirilib

20 iyun, 17:30

“İşəgötürənləri dərslərdə iştirak etməyə dəvət edirik” – Ceyhun Kərəmov

20 iyun, 17:20

“Aylarla hazırlığa ehtiyac yoxdur” – Sertifikatlaşdırma təcrübələri

20 iyun, 16:55

Rəhim Bayramlı: “Baku ID” lokal çərçivədən çıxaraq regional miqyas alır

20 iyun, 16:49

“Olimpiadalardan həmişə medallarla dönmüşəm” – 10 qızıl medalın sahibi  

20 iyun, 15:58

Bu il ADPU-dan 4400 nəfərdən çox tələbə məzun olur

20 iyun, 15:50

“Universitetlərimizin beynəlxalq reytinqə daxil olması yalnız statistik göstərici deyil” – Hüseyn Həsənov

20 iyun, 15:48

Nurlan İsmayılbəyli: Apellyasiya mərhələsində bütün müraciətlər obyektiv araşdırılacaq

20 iyun, 15:44

“Müasir metodist” müsabiqəsinə qeydiyyat müddəti uzadıldı

20 iyun, 15:32

İcma əsaslı məktəbəqədər təhsil qruplarına 839 uşaq cəlb olunub

20 iyun, 15:30

Rüfət Əzizov: “QS reytinqindəki irəliləyişimiz təsadüfi deyil, sistemli inkişafın nəticəsidir”

20 iyun, 14:51

I sinfə qəbulda prioritetlə bağlı ən çox verilən suallara CAVABLAR

20 iyun, 14:43

Astronomik yay başlayır

20 iyun, 14:33

Doktorantura və dissertantura səviyyəsində xarici dil imtahanı keçiriləcək

20 iyun, 14:30

İlk cəhddə sertifikasiyadan keçə bilməyən müəllim hazırlaşıb 59 bal topladı

20 iyun, 13:54

ADA Universitetində “Məzun günü” keçirilib

20 iyun, 13:44

Koreyada BMU-İNHA İDP tələbələri üçün buraxılış mərasimi keçirilib

20 iyun, 13:26

Gələcək arzusu elmlə məşğul olmaqdır - Çoxsaylı bacarıqları olan Mirelin uğur hekayəsi

20 iyun, 12:30

“Sertifikatlaşdırma karyerama müsbət təsir göstərəcək” – Qazax-Tovuz regionunun müəllimləri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.