Bütün xəbərlər
20 iyun, 18:15

Ötən il üzrlü səbəbdən sertifikatlaşdırma imtahanında iştirak edə bilməyən İmişli rayonu Bəcirəvan kənd tam orta məktəbinin ingilis dili müəllimi Feyruz Quliyev bu gün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 57 bal toplayıb.

Feyruz Quliyevin “Azərbaycan müəllimi”nə verdiyi məlumata görə, 7 ildir ki, adıçəkilən məktəbdə ingilis dili müəllimi kimi çalışır:

"İmtahana özüm sərbəst hazırlaşmışdım. İkinövbəli məktəbdə işləyirəm. Ancaq axşamdan-axşama, əlavə vaxtım olanda hazırlaşa bilirdim. İmtahan prosesi çox şəffaf təşkil olunduğuna görə gözəl də keçdi. Düşünürəm ki, imtahan sualları çox yaxşı tərtib edilmişdi, asan, orta və çətin tipli suallara bölünmüşdü. Savadlı bir müəllim onlara normal cavab verə bilərdi.

Müəllimlərə tövsiyəm odur ki, ilk növbədə həyəcan hissini özlərindən kənarlaşdırsınlar. Məktəbdə dərs deyən, sinfə girən bir müəllim üçün, məncə, çətin heç nə yoxdur. Savadlı şagirdlərin yetişdirilməsi savadlı gələcəyin formalaşması deməkdir.

Sertifikatlaşdırma bu baxımdan çox əhəmiyyətlidir. İkinci tərəfdən, bu, biz müəllimlərin sosial rifahının yüksəlməsində böyük rol oynayır, çünki 50 baldan yuxarı nəticə göstərən müəllimlərin əməkhaqqına 35 faiz artım olur".

Qeyd edək ki, Feyruz Quliyev Birinci Qarabağ müharibəsi şəhidi Şiraslan Quliyevin övladıdır.

Şərhlər

Xəbər lenti

22 avqust, 22:40

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri elan edildi

22 avqust, 22:29

Ali məktəblərə ixtisas seçiminin nəticələri AÇIQLANDI

22 avqust, 22:18

Milyonlarla uşağın oynadığı bu oyun bir çox ölkədə qadağan edildi

22 avqust, 17:46

MDU-nun yeni korpus və hoteli tikiləcək 

22 avqust, 17:01

“Böyük Qayıdış” üçün növbəti təlimlər başa çatdı – 23 nəfər peşə sertifikatı aldı

22 avqust, 16:49

Beynəlxalq Məşqçilik Kursuna ilk dəfə azərbaycanlı qəbul olub

22 avqust, 16:44

Naxçıvanda MİQ üzrə müsahibə mərhələsi yekunlaşıb

22 avqust, 16:06

Kollecə qəbul olanlar üçün qeydiyyat müddəti uzadılıb 

22 avqust, 15:44

"Qarabağda təhsil almaq mənim üçün qürurdur" – İki olimpiada medalçısının seçimi

22 avqust, 15:33

TİF ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında görüş keçirilib

22 avqust, 15:08

NDU-da innovasiya və davamlı inkişafla bağlı elmi konfrans keçiriləcək

22 avqust, 14:55

“Bizim üçün “Maarifçi” gələcəyin təhsil idarəçisidir” – Mentorlar üçün təlim

22 avqust, 14:21

ADNSU məzunu “Social Hackathon Umbria 2025”də birinci yerin qalibi olub

22 avqust, 13:35

Gəncə və Göygöldə yeni fəaliyyətə başlayacaq liseylərə müəllim qəbulu başlayır

22 avqust, 13:30

Rektor: Bu gün artıq dərsin auditoriyada keçirilməsi kifayət etmir – MÜSAHİBƏ

22 avqust, 13:05

Məktəblərdə xarici dil seçimi necə aparılır?

22 avqust, 12:56

NDU-da bir sıra ixtisaslarda tədris ingilis dilində aparılacaq

22 avqust, 12:46

Uğursuzluqdan sonra qayğı daha vacibdir

22 avqust, 12:42

4SİM və Stenford Beynəlxalq Tədqiqat İnstitutu arasında onlayn görüş keçirilib

22 avqust, 12:29

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.