Bütün xəbərlər
6 noyabr, 11:30

Aşağı Göyçəli Kəndində “Rəqəmsal siniflər və "LearnStorm" vasitəsilə şagirdlərin öyrənmələrinin inkişafı” layihəsinin açılış mərasimi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan “Rəqəmsal siniflər və "LearnStorm" vasitəsilə şagirdlərin öyrənmələrinin inkişafı” layihəsinin açılış tədbirində məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və Khan Academy-nin Azərbaycan nümayəndəliyi iştirak edib.

Layihə çərçivəsində yaradılan rəqəmsal siniflər, ənənəvi tədris metodları ilə yanaşı, fəal öyrənmə mühitini təmin edəcək. Rəqəmsal siniflər vasitəsilə şagirdlər, "LearnStorm" proqramından istifadə edərək dərs prosesinə daha həvəslə qoşulma imkanı əldə edəcək, fərdi bacarıqlarını üzə çıxararaq dərslərə olan maraqlarını artıracaqlar. Khan Academy-nin təqdim etdiyi bu rəqəmsal həllər, şagirdlərin öz uğurlarını izləmələrinə və rəqabətli öyrənmə mühitində biliklərini inkişaf etdirmələrinə şərait yaradacaq.

Xatırladırıq ki, “Rəqəmsal siniflər və "LearnStorm" vasitəsilə şagirdlərin öyrənmələrinin inkişafı” layihəsi Ağstafa rayonu, Aşağı Göyçəli kəndində yerləşən Ə.Həmidoğlu adına tam orta məktəbdə icra olunur. Layihə rəhbəri Günay Ələsgərova Mahmud qızıdır. Layihənin əsas məqsədi şagirdlərin rəqəmsal resurslardan istifadəsini öyrənmək, akademik nailiyyətlərini artırmaq və rəqəmsal biliklərini inkişaf etdirməkdir. Bu məqsədlə Khan Academy platformasında mövcud olan təhsil mənbələrindən istifadə ediləcək.

1 /3

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.