21 noyabr 2024

Bütün xəbərlər
test
15 noyabr, 09:54
259

Dünya bu bacarıqların inkişafı sayəsində təhlükədən qurtula bilər 

Yaşıl ixtisasların tədrisinin genişləndirilməsi və yaşıl bacarıqların inkişafı ölkə təhsilinin prioritet istiqamətlərindəndir. Maraqlıdır, şagirdlərə hansı bacarıqlar aşılamalıdır ki, onlarda yaşıl düşüncə formalaşsın?

Elm və təhsil naziri Emin Əmrullayev hesab edir ki, yaşıl bacarıqlar bütün ixtisasların daxilində iqlim dəyişikliklərinin ətraf mühitə təsirlərinin qarşısını almaq üçün səriştələrin formalaşdırılması kimi başa düşülməlidir: “Düşünürəm ki, istiqamətimiz yeni ixtisaslarla yanaşı, mövcud ixtisasların məzmununa yaşıl komponentin gətirilməsi olmalıdır”.

Şagirdlərin ekoloji problemlərə ziddiyətli baxışı yaranmalıdır

Bakı Mühəndislik Universitetinin Kimya və biologiya kafedrasının Baş müəllimi Elşad Yunusov “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında deyib ki, məhz Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda bu istiqamətdə bacarıqların formalaşdırılmasına ümumi təhsil pilləsindən başlanılıb. Hazırda təkmilləşdirilmiş kurikulumlar əsasında dərsliklər yenilənir, yeni yanaşmalarda ətraf mühit və ona münasibət kimi anlayışlar diqqət mərkəzində saxlanılır: “Məsələn, birinci sinif şagirdləri üçün “Həyat bilgisi” dərslərində tullantıların qruplaşdırılması öyrədilir. Bu sinifdə şagirdlər artıq zibil qutularının təyinatını onların rənginə görə təyin edə, rənglərindən asılı olaraq, bu qablara hansı çeşidli tullantılar ata biləcəklərini aırd edə bilirlər. Bu, onu göstərir ki, qeyd edilən istiqamət üzrə təbliğat, təşviqat işləri ibtidai sinifdən başlayıb. Uşaqlara bu vərdişlərin aşılanması daha uğurla gedir və onlar yeni məlumatları daha tez mənimsəyirlər”. 

Mütəxəssisin fikrincə, yaşıl bacarıqlar Nazirlər Kabinetinin “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında”qərarı əsasında formalaşdırılmalıdır ki, bu səriştələr də 3 istiqamət - təfəkkür, fəaliyyət, dəyərlər üzrə üzrə təsnifləndirilib: “Şagirlərdə tənqidi təfəkkürü formalaşdırmaq lazımdır ki, onların ekoloji problemlərə ziddiyətli baxışı ortaya çıxsın və biz onların yaradıcı düşüncəsini görə bilək. Qoyulan problemlər onu necə aradan qaldıra bilərəm sualını yaratmalıdır. Həmin problemlərin siyahısında iqlim dəyişikliyi və onun mənfi nəticələri ola bilər. Temperaturun yüksəlməsi, quraqlıq, su qıtlığı və bunların nəticəsi olaraq, şoranlıqların artması proseslərinin intensivləşməsi artıq dünyanı gələcəkdə nə gözləyə biləcəyinə dair fikirlər formalaşdırır və buna görə də hazırda bu vəziyyətdən çıxış yolları axtarılır. Nəticədə nə baş verir? Şagirdlərin “Nə edə bilərəm?” sualı ətrafında düşünməyə başlaması onları əməkdaşlığa, komanda şəklində işə sövq edir. İnformasiya mübadiləsi öz növbəsində məlumatlılığa və informasiya bazasını təhliletmə bacarığının formalaşmasına gətirib çıxarır. Daha sonra şagirdlərin rəqəmsal imkanlarının artırması olduqca vacibdir. Şagirdlərimizdə ehtiyacların müəyyənləşdirilməsi, problemli situasiyalarda həll yollarının tapılması bacarıqlarını inkişaf etdirmək olar. Bu halda onlar “mən fəal vətəndaş kimi öz mövqeyimi necə ortaya qoya bilərəm” deyə düşünərlər. 

Ekoloji təhlükəsizliyin təbliği yalnz məktəblərlə məhdudlaşmamalıdır

Bəs, bu prosesdə müəllimlərin rolu nədən ibarətdir?

Baş müəllimin fikrincə, indiki nəsil texnologiyadan daha sürətli istifadə etmək bacarığına sahibdir. Ona görə də müəllimlərin üzərinə sadəcə bir iş düşür ki, bu da şagirdlərin yerinə iş görmək yox, onların baxış istiqamətlərinə təsir edə bilməkdir. Çünki baxış istiqamətinin düzgün yönləndirilməsi məktəbdə düzgün düşüncənin formalaşdırılması deməkdir: “Uşaqların xəyallarını, arzularını bu istiqamətə yönəldə  bilsək, onlar mütləq uğur qazanacaqlar və dünyanın bir çox problemlərinə həll yolu təklif edəcəklər. Amma bu, sadəcə məktəblərlə məhdudlaşmamalıdır. Ekoloji təhlükəsizlik bütün cəmiyyətə aşılanmalıdır”. 

E.Yunusovun qənaətinə görə, əslində, yaşıl bacarıqlar sadəcə ekoloji böhranın qarşısını almağa yox, insanlar arasında mədəni müxtəlifliklərin və ünsiyyətlərin inkişaf etdirilməsinə, ünsiyyətlərin sağlam olmasına və nəhayət, dünyanın təhlükədən qurtarılmasına gətirib çıxarar: “Yaşıl ixtisaslaşma, yaşıl bacarıq insanların birliyinə təsir edən vacib amildir. İnsanlar bunun sayəsində anlayacaqlar ki, heç kim dünyanın ekoloji problemlərini təkbaşına həll edə bilməz. Ekoloji böhran dünyanı birliyə dəvət edir. Birlik daha böyük növbəti fəsadların qarşısını almağımız, müharibələrə “dur” deməyimiz, təbiətin, heyvanların, bütün canlıların haqlarını qorumağımızdır”. 

Xəbər lenti

21 noyabr, 14:06
22

İqlim Bəyannaməsi uşaq hüquqlarının qorunması istiqamətində mühüm addım olacaq – Kəmalə Aşumova

21 noyabr, 13:47
20

COP29-un media koordinatoru yaradılan şərait haqda danışıb

21 noyabr, 13:16
21

Mehdiabad məktəbi "Yaşıl dəyişikliklər" fotomüsabiqəsində birinci yeri tutub

21 noyabr, 13:15
12
21 noyabr, 12:43
23

Məktəblərin xarici qiymətləndirilməsi necə aparılır? – Avropa ölkələrinin təcrübəsi

21 noyabr, 12:37
10

“Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində metodistlik fəaliyyətləri davam edir

21 noyabr, 12:12
9

Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək

21 noyabr, 11:03
14

İqlim Elm Olimpiadasının mükafatlandırma mərasimi keçirilib

21 noyabr, 11:03
54

Azərbaycan universitetləri "Times Higher Education" reytinqində TOP 500-də yer alıb

21 noyabr, 10:51
38

Emin Əmrullayev: “60 manatı 80 və ya 90 manat etsək, elmimiz 20-30 faiz irəli getməyəcək”

21 noyabr, 10:09
14

Pakistan universitetinin nümayəndələri AzTU-da olublar

21 noyabr, 09:42
36

Bayıldakı Zəngilan məktəbi Reza Deqatinin vəsaiti hesabına tikilib

21 noyabr, 09:22
26

Reza Deqati: Mən fotoqraf kimi tanınmışam, amma əslində müəlliməm

21 noyabr, 09:08
15

Azərbaycanda “Silicon Vadisi” bazası əsasında yeni İT Akademiyası fəaliyyətə başlayır

21 noyabr, 09:04
15

ADNSU-da Birləşmiş Ərəb Əmirlikləri Universiteti ilə birgə simpozium keçirilib

20 noyabr, 23:24
23

Nazir: 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır, rasionallaşmaya getməliyik

20 noyabr, 23:10
20

Dövlət sifarişi ilə oxuyan tələbələr üçün ayrılan təhsil xərcləri artırılır

20 noyabr, 22:57
17

35 ölkədən 100 nəfər "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”na layiq görülüb

20 noyabr, 22:48
24

Gələn il daha çox tələbə təhsil krediti ala biləcək

20 noyabr, 22:36
23

Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti üçün 10 milyon manat ayrılacaq

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.