21 noyabr 2024

Bütün xəbərlər
test
16 noyabr, 12:03
116

COP29 çərçivəsində Azərbaycanın təqdim etdiyi ekoloji təhsil layihələri və beynəlxalq əməkdaşlıq təşəbbüsləri qlobal miqyasda diqqət mərkəzindədir. Təhsil sahəsində innovativ yanaşmaların tətbiqi və ətraf mühitin qorunması istiqamətindəki səylər ölkənin bu sahədəki nüfuzunu artırır. Ekoloji təhsil sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq edən Azərbaycan qlobal davamlılıq hədəflərinə töhfə vermək üçün də mühüm platforma yaradır.

COB29-da Azərbaycanın təşəbbüslərini beynəlxalq aləmə təqdim edən təşkilatlardan biri də “Ekosfera” Sosial-Ekoloji Mərkəzidir.

Mərkəzin rəhbəri, COP29-un Təşkilat Komitəsinin üzvü Firuzə Sultan-zadə “Azərbaycan müəllimi”nə açıqlamasında deyib ki, COP29-da təhsildə qeyri-formal fəaliyyətləri aparan ekoloji təşkilatlarla birlikdə iştirak edirlər. Həmçinin COP29-da layihələri, fəaliyyətləri haqqında məlumat verir, beynəlxalq tərəfdaşlar axtarırlar.

Azərbaycanın bu tədbir çərçivəsində qabaqcıl pilot layihələrini təqdim etdiyini deyən F.Sultan-zadə COP29-da “Yaşıl məktəblər”, “Ekoloji liderlər”, “Orqanik məktəb bağları” layihələrinin, eyni zamanda, qeyri-formal kurikulum üzrə fəaliyyət göstərən eko-klublar, dərnəklərlə bağlı nümayişlərin həyata keçirildiyini açıqlayıb:

“Biz bu ildən beynəlxalq Ətraf Mühit üzrə Təhsil Fonduna üzv seçilmişik. Bu da göstərir ki, “Yaşıl məktəb” proqramımız bu sahədə səmərəli fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq edə bilər”. 

Firuzə Sultan-zadə əlavə edib ki, doqquz il ərzində qeyri-hökmət təşkilatları, Uşaq-Gənclər İnkişaf mərkəzləri ilə birlikdə məktəbdənkənar müəssisələrdə çox sayda ekoloji layihələr keçirilib. Şagirdlər ətraf mühitin qorunması, ekoloji həssaslığın artırılması istiqamətində fəaliyyətlərə cəlb ediliblər. "Yaşıl məktəb” proqramı Bakıda 40, regionlarda isə 58 məktəb və mərkəzi əhatə edir.

COP29-un iştirakçılarından olan Ətraf Mühit üzrə Təhsil Fondunun Təhsil üzrə baş direktoru Pramod Kumar Şarma Azərbaycanda olmasından məmnunluq duyduğunu deyib. 

Onun sözlərinə görə, 1981-ci ildə yaradılan fond dünyanın ən böyük ekoloji təhsil təşkilatlarından biridir:

“Artıq bizim tərəfdaşlıq etdiyimiz ölkələrin sırasında Azərbaycan da var. “Ekosfera” Sosial-Ekoloji Mərkəzi bizim üzv təşkilatların sırasındadır. Təhsil proqramlarımız, eko-məktəblər, ekosistemlər və meşələr haqqında öyrənmə gənclərə həllə əsaslanan yanaşma vasitəsilə ekoloji cəhətdən şüurlu dünya yaratmağa imkan verir".

 

1 /10

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/16%20November%202024/ad7191df-896c-4973-b319-fc6bfbc4d868_WhatsApp%20Image%202024-11-15%20at%2021.34.08%20(2).jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/16%20November%202024/9308074a-2108-4f4a-9faf-a56e3cc0e0aa_WhatsApp%20Image%202024-11-15%20at%2021.34.04.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/16%20November%202024/539b1414-d842-4453-a4d8-e6bf086b7758_WhatsApp%20Image%202024-11-15%20at%2021.34.08.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/16%20November%202024/90d2e229-7b80-42ca-b3bc-24144f02c655_WhatsApp%20Image%202024-11-15%20at%2021.34.00.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/16%20November%202024/e40db72d-c143-4f8a-9040-0454f72c28b9_WhatsApp%20Image%202024-11-15%20at%2021.34.02.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/16%20November%202024/f442fd35-b494-4f18-bbfc-383318852120_WhatsApp%20Image%202024-11-15%20at%2021.34.08%20(1).jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/16%20November%202024/bbc91759-bccb-4fa4-b54c-6fae7f67f820_WhatsApp%20Image%202024-11-15%20at%2021.34.12.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/16%20November%202024/2a5cbe50-f19a-4ec4-9429-96c6e184408e_WhatsApp%20Image%202024-11-15%20at%2021.34.10.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/16%20November%202024/856d04bf-f5a8-40be-abfd-49f380f81b61_WhatsApp%20Image%202024-11-15%20at%2021.34.09.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/16%20November%202024/a7f708ab-b950-47b3-a872-6914f9869d16_WhatsApp%20Image%202024-11-15%20at%2021.34.05.jpeg

Xəbər lenti

21 noyabr, 15:27
4

TİKA ilə ADAU arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

21 noyabr, 14:06
24

İqlim Bəyannaməsi uşaq hüquqlarının qorunması istiqamətində mühüm addım olacaq – Kəmalə Aşumova

21 noyabr, 13:47
21

COP29-un media koordinatoru yaradılan şərait haqda danışıb

21 noyabr, 13:16
24

Mehdiabad məktəbi "Yaşıl dəyişikliklər" fotomüsabiqəsində birinci yeri tutub

21 noyabr, 13:15
13
21 noyabr, 12:43
24

Məktəblərin xarici qiymətləndirilməsi necə aparılır? – Avropa ölkələrinin təcrübəsi

21 noyabr, 12:37
10

“Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində metodistlik fəaliyyətləri davam edir

21 noyabr, 12:12
9

Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək

21 noyabr, 11:03
14

İqlim Elm Olimpiadasının mükafatlandırma mərasimi keçirilib

21 noyabr, 11:03
55

Azərbaycan universitetləri "Times Higher Education" reytinqində TOP 500-də yer alıb

21 noyabr, 10:51
38

Emin Əmrullayev: “60 manatı 80 və ya 90 manat etsək, elmimiz 20-30 faiz irəli getməyəcək”

21 noyabr, 10:09
14

Pakistan universitetinin nümayəndələri AzTU-da olublar

21 noyabr, 09:42
36

Bayıldakı Zəngilan məktəbi Reza Deqatinin vəsaiti hesabına tikilib

21 noyabr, 09:22
26

Reza Deqati: Mən fotoqraf kimi tanınmışam, amma əslində müəlliməm

21 noyabr, 09:08
15

Azərbaycanda “Silicon Vadisi” bazası əsasında yeni İT Akademiyası fəaliyyətə başlayır

21 noyabr, 09:04
15

ADNSU-da Birləşmiş Ərəb Əmirlikləri Universiteti ilə birgə simpozium keçirilib

20 noyabr, 23:24
23

Nazir: 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır, rasionallaşmaya getməliyik

20 noyabr, 23:10
20

Dövlət sifarişi ilə oxuyan tələbələr üçün ayrılan təhsil xərcləri artırılır

20 noyabr, 22:57
17

35 ölkədən 100 nəfər "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”na layiq görülüb

20 noyabr, 22:48
24

Gələn il daha çox tələbə təhsil krediti ala biləcək

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.