
Oksford Saïd Biznes Məktəbi və “Burjeel Holdings” tərəfindən təşkil olunan “Climate Change Challenge “ müsabiqəsi həm iştirakçılarının çoxluğuna, həm də iştirak edən ölkələrlin sayına görə xüsusilə fərqlənir.
Bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli müsabiqənin qaliblərinin mükafatlandırma mərasimində çıxış edərkən deyib. O bildirib ki, müsabiqə həm də qalibləri mükafatlandıra biləcəyimiz bir yarışmadır:
"Məncə, bütün iştirakçıları təbrik etmək olar, çünki bu, öyrənmək, müzakirə etmək, yaşıdlarınızla görüşmək üçün əla fürsət idi. Siz bununla həm də özünüz üçün böyük təcrübə qazanırsınız”.
Həsən Həsənli əlavə edib ki, müxtəlif ölkələrdən təcrübələri bölüşmək, müxtəlif kateqoriyalarda yarışmaq fürsəti həm tələbələrimiz, həm də onların müəllimləri üçün böyük bir səyahətin başlanğıcı sayıla bilər.
Nazir müavini Sumqayıt Dövlət Universitetinin bu layihədə Oksford Universiteti Saïd Biznes Məktəbi ilə birgə əməkdaşlıq etməsindən də qürur duyduqlarını söyləyib: "Bu, təkcə Azərbaycana, yerin xəritəsindəki bu və ya digər ölkəyə deyil, hamımıza aiddir, çünki təbiət sərhəd tanımır və bu, bizim həll etməli olduğumuz problemdir. Məncə, bu yarışma bir araya gəlsək, nə edə biləcəyimizi göstərə bilən gözəl bir nümunə idi”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər