Bütün xəbərlər
23 may, 15:00

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) “Qlobal Yeniyetmələrin Karyeraya Hazırlıq Vəziyyəti” (State of Global Teenage Career Preparation) adlı yeni beynəlxalq hesabat yayıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, hesabatda bir cəmiyyətin dəyərinin onun gənc nəslə öz həyat yollarını qurmaq üçün nə dərəcədə dəstək verdiyi ilə ölçüldüyü qeyd olunub.

Hesabatın təqdimat mərasimində çıxış edən OECD-nin Təhsil və bacarıqlar departamentinin direktoru Andreas Şleyxer qeyd edib ki, yeni hesabat gənclərin əmək bazarına hazırlığı sahəsində ciddi siqnal funksiyası daşıyır. Təxminən 700 min 15 yaşlı yeniyetmənin fikirlərinə əsaslanan bu tədqiqat “Education and Employers” xeyriyyə təşkilatı və “Amazon” şirkətinin dəstəyi ilə hazırlanıb. Araşdırma göstərir ki, şagirdlərin çoxu yüksək vəzifələrə can atsa da, bu məqsədlərə çatmaq üçün lazım olan bilik və bacarıqların qazanılması yolunda aydın istiqamətə malik deyillər.

Karyera ilə bağlı qeyri-müəyyənlik 

Hesabatın nəticələri göstərir ki, karyera ilə bağlı qeyri-müəyyənlik gənclər arasında ciddi səviyyəyə çatıb. OECD ölkələrində hər 10 yaşlıdan 4-ü 30 yaşında hansı peşədə çalışacağını təsəvvür edə bilmir. Bu göstərici son on il ərzində iki dəfə artıb. Qeyri-müəyyənlik isə gənclərin bu gün verdikləri təhsil qərarlarına birbaşa təsir edir. Gələcəyini görə bilməyən gənc bu gün səy göstərməkdə tərəddüd edir və nəticədə zəif məşğulluq perspektivləri ilə üzləşir.

Andreas Şleyxer hesab edir ki, təkcə plan qurmaq kifayət deyil, əgər həmin plan əmək bazarının tələblərinə uyğun deyilsə, bu, gəncləri yeni məyusluqlara aparır. Şagirdlərin 58%-i gələcəkdə həkim, mühəndis, hüquqşünas kimi peşəkar sahələrdə işləməyi planlaşdırır. Ancaq bu peşələr ümumi işçi bazarının çox kiçik bir hissəsini təşkil edir. Daha narahatedici məqam isə onlardan bir çoxunun yalnız orta məktəbi bitirmək niyyətində olmasıdır. Statistikalar göstərir ki, bu yanaşma zəif əmək bazarı nəticələri ilə əlaqəlidir.

Eyni zamanda, təhsil imkanlarına çıxışda bərabərsizlik problemi də qalmaqdadır. Sosial-iqtisadi mənşə şagirdin akademik bacarıqlarından daha çox onun təhsil arzularını müəyyən edir. Yüksək nəticə göstərən, lakin zəif imkanlı ailədən gələn şagirdlər varlı yaşıdlarına nisbətən universitet təhsilini planlaşdırmaqda 22 faiz geridə qalırlar. Əksinə, zəif nəticə göstərən, lakin imkanlı ailədən olan şagirdlərin ali təhsil arzusu daha yüksəkdir. Bu isə göstərir ki, istedad hər kəsdə olsa da, bu istedadın reallığa çevrilməsi imkanlarla sıx bağlıdır.

Gənclər düzgün istiqamət və məlumata çıxış imkanlarından məhrumdurlar 

Andreas Şleyxer qeyd edir ki, bütün bu siqnallar: artan qeyri-müəyyənlik, təhsil və karyera planlarının uyğunsuzluğu və sosial bərabərsizliklər vahid bir mesaj verir: Gənclər arzularından yox, düzgün istiqamət və məlumata çıxış imkanlarından məhrumdurlar. Lakin yaxşı xəbər odur ki, effektiv karyera hazırlığı proqramları sübut olunmuş nəticələr verir və münasib xərclə genişləndirilə bilər.

Müxtəlif ölkələrdən toplanan sübutlar göstərir ki, işəgötürənlərlə əməkdaşlıq çərçivəsində keçirilən fəaliyyətlər: iş yerlərinə ekskursiyalar, karyera yarmarkaları və peşəkarlarla görüşlər 15 yaşlı yeniyetmələrin gələcəkdə daha uğurlu qərarlar verməsinə və əmək bazarında daha güclü mövqe tutmasına səbəb olur. Məsələn, “Amazon”un “Karyera Turları” proqramı çərçivəsində şagirdlər real vaxt rejimində proqram mühəndisləri, logistika mütəxəssisləri və robot texnikləri ilə canlı ünsiyyət quraraq əmək bazarını daha yaxından tanıyırlar.

Məktəblər tədris proqramına real dünya ilə təmas imkanları əlavə etdikdə və fərdi məsləhətlər təqdim etdikdə gənclərə yalnız məlumat deyil, həm də sosial kapital və özünəinam qazandırmış olurlar. Bu təşəbbüslərə ibtidai sinifdən başlamaq həm sosial fərqləri azaltmağa, həm də rəqəmsal, yaşıl və dinamik iqtisadiyyatın ehtiyac duyduğu ixtisaslı kadrların formalaşmasını təmin edə bilər.

“Siyasət baxımından nəticə aydındır: Karyera yönümlü məsləhət xidmətləri təhsilin sonuna əlavə edilmiş ikinci dərəcəli bir xidmət yox, tədris prosesinin ayrılmaz tərkib hissəsi olmalıdır. Yalnız bu yolla gənclərin təbii marağını gerçək imkanlara çevirmək və onların sabahkı həyat yollarını inamla qurmasına dəstək vermək mümkündür. Gəncləri bu günün səylərini sabahın fürsətləri ilə əlaqələndirməyə təşviq etdikdə biz təkcə iş yerlərini doldurmuruq, biz onların mənalı və uğurlu həyat qurmaq imkanlarını da genişləndiririk”, – deyə Andreas Şleyxer bildirib. 

Tələbələrin arzuları və planları bir-birinə uyğun gəlmir

Hesabata görə, daha çox tələbə əmək bazarına hazırlıqla bağlı növbəti addımlara hazır deyil. 15 yaşlıların 39%-i gələcək peşələri ilə bağlı nə istədiklərini bilmir. Bu, on il əvvəlkindən iki dəfə çoxdur. Üç tələbədən biri də məktəbin onlara gələcək işlərlə bağlı faydalı olacaq biliklər vermədiyini deyir.

OECD Baş katibi Matias Kormann bildirib: “Tələbələrin arzuları və planları bir-birinə uyğun gəlmir və iqtisadiyyatda bacarıq çatışmazlığı var. Buna görə yeni siyasətlər hazırlanmalıdır ki, gənclər karyeraya daha yaxşı hazır olsunlar. Xüsusilə sosial vəziyyəti yaxşı olmayan gənclərə karyera barədə daha çox kömək edilməlidir. İşəgötürənlər də gənclərə gələcəkdəki imkanları göstərməkdə əhəmiyyətli rol oynayırlar”.

Nəticələr göstərir ki, tələbələrə onlara açıq olan müxtəlif işləri və imkanları anlamaqda daha çox kömək lazımdır. OECD ölkələrində 15 yaşına çatmış gənclərin 50 faizdən az hissəsi  iş yarmarkasına getmək, iş yerlərini ziyarət etmək və ya iş təcrübəsi keçmək imkanlarından istifadə edir. Sosial vəziyyəti zəif olan tələbələr isə bu yarmarkalarda daha az iştirak edirlər.

Şərhlər

Xəbər lenti

22 iyun, 08:30

Bu gün doktorantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçirilir

21 iyun, 22:25

Azərbaycanda ali məktəb məzunlarının sayı artıb

21 iyun, 22:00

Azərbaycanda ən çox hansı ölkələrin tələbələri oxuyur? 

21 iyun, 21:41

Azərbaycanın orta məktəblərində 146 mindən çox müəllim çalışıb

21 iyun, 20:40

Kollec təhsili alanların sayı artıb 

21 iyun, 18:09

Şuşada çalışmaq şansımı itirsəydim, bunu özümə bağışlamayacaqdım – Azad edilmiş ərazilərdə dərs keçən müəllimlər

21 iyun, 18:00

“Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” – Naxçıvanda respublika elmi konfransı

21 iyun, 17:40

Toylarından 5 gün sonra imtahan verib uğur qazandılar

21 iyun, 17:30

ADNSU-nun rektoru Yay məktəbinin tələbələri ilə görüşüb

21 iyun, 16:37

Nazir müavini 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammiti çərçivəsində görüşlər keçirib

21 iyun, 16:26

Sertifikatlaşdırma müəllimlərə maddi dəstəkdir – İmtahandan uğurla keçənlər danışırlar

21 iyun, 16:18

DMA və MÜTDA nümayəndələri arasında görüş keçirilib

21 iyun, 16:01

Kənan Kərimzadə 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində çıxış edib

21 iyun, 15:56

Dövlət Agentliyi valideynlərə və məktəblərə təşəkkür etdi

21 iyun, 15:16

Məktəbəhazırlıq qruplarına qəbul zamanı prioritet tətbiq olunan məktəblər - SİYAHI

21 iyun, 14:56

Qabiliyyət imtahanlarına start verilib

21 iyun, 14:24

Gənc ailənin sertifikasiya uğuru

21 iyun, 14:09

NDU Macarıstan universiteti ilə ikili diplom proqramına başlayıb

21 iyun, 14:05

Stereotipləri aşan futbolçu qız: Mövsümün ən çox qol vuran oyunçusu

21 iyun, 12:38

Cəlilabadın güləşçi məktəblisi gümüş medal qazandı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.