Bütün xəbərlər
20 noyabr, 12:57

Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək” devizi altında “Sağlam həyat, sağlam gələcək” adlı tədbir keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov, “Narkomaniya ilə mübarizənin hüquqi aspektləri”, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov “Narkomaniya ilə mübarizənin tibbi aspektləri” mövzusunda çıxış ediblər. Naxçıvan MR Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR Psixi Xəstəliklər Dispanserinin həkim-psixiatr rezidenti Mustafa Həsənov da narkotik vasitələrdən istifadənin fəsadıarı haqqında danışıb.

Çıxışlarda narkotik maddələrdən istifadənin risk amilləri, bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, onun insanların həyatına, sağlamlığına ciddi maneə olduğu vurğulanıb, gənclərə sağlam həyat tərzini aşılayan tövsiyələr edilib.

Qeyd olunub ki, düzgün qidalanma, gənclərin idmana cəlb olunması, istedadlarının aşkar edilərək interaktiv klublara istiqamətləndirilməsi ilə asudə vaхtlarının səmərəli təşkili neqativ hallara qarşı mübarizənin ən mükəmməl vasitələrindən biridir. 
Tədbirdə gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

1 /2

Şərhlər

Xəbər lenti

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

18 sentyabr, 10:03

Məktəblərdə narkotik və psixotrop maddələr əleyhinə seminarlar keçiriləcək

18 sentyabr, 09:57

AzMİU-da xaricdə yaşayan elm adamları ilə görüş keçirilib

18 sentyabr, 09:44

Bülbül, Qara Qarayev, Niyazi müəllimliyi necə görürdü? – Qəzetin arxivindən

17 sentyabr, 19:51

Emin Əmrullayev Bahçeşehir Kıbrıs Universitetinin İdarə Heyətinin sədri ilə görüşüb

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.