26 noyabr 2024

Bütün xəbərlər
test
25 noyabr, 10:49
13

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə  Dövlət Agentliyinin Bilim Bakı mərkəzinin şagirdləri İtaliyanın paytaxtı Roma şəhərində keçirilən "Fibonacci" beynəlxalq robot olimpiadasının qalibi olublar.

“Azərbaycan müəllimi” xəbər verir ki, 320-dən çox komandanın yarışdığı olimpiadada “DENEYAP” texnologiya laboratoriyasının “Creators” komandası “Sağlamlıq elmləri və texnologiyaları” üzrə "Ali Məktəb Səviyyəsi" kateqoriyasında birinci yerin qalibi olub.  Həmçinin  “Turantech” komandası “Lego xəttinin təqibi” kateqoriyası üzrə münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.

Hər il noyabr ayında  İtaliyada keçirilən "Fibonacci" beynəlxalq robot olimpiadası ən böyük robototexnika tədbiridir. Dünyanın hər yerindən robototexnika həvəskarlarını bir araya gətirən bu tədbir yalnız yarışma deyil, həm də sərgi və təhsil seminarları ilə robototexnikada ən son nailiyyətləri nümayiş etdirir. İştirakçılar yaradıcılıqlarını sərgiləyərək texnoloji bacarıqlarını nümayiş etdirməklə yanaşı, yeni əməkdaşlıq və layihələr üçün də imkanlar tapırlar.

Bu il olimpiadada 13 ölkədən 93 müxtəlif məktəb və universiteti təmsil edən 1123 iştirakçı 18 kateqoriya üzrə mübarizə aparıb. 

“Bilim Bakı” mərkəzi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılıb. Məqsəd 6 -14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onlara məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirmək, gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaqdır.

1 /1

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/25%20November%202024/a031d7d2-0641-468f-8b6b-4a43e7823fbd_468091817_980071424153695_4243734376549146296_n.jpg

Xəbər lenti

25 noyabr, 18:33
28

Türkiyə Azərbaycan Universitetinin tələbələri tərəfdaş universitetlərdə olublar

25 noyabr, 18:06
23

Paytaxt məktəblərindən birində toplanan 2 tona yaxın kağız təkrar emala yönləndirilib

25 noyabr, 17:45
22

Şagirdlər üçün necə faydalı rəy vermək olar?

25 noyabr, 17:37
24

Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb

25 noyabr, 17:33
15

Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclası keçirilib

25 noyabr, 17:14
21

UNEC ilə Qərbi Makedoniya Universitetinin birgə magistr proqramının məzunlarına diplomlar təqdim edilib

25 noyabr, 16:51
18

Bu dəfə PIRLS tədqiqatı rəqəmsal formatda aparılacaq

25 noyabr, 16:30
34

PIRLS 2026 Oxu Qiymətləndirməsi üzrə Çərçivə Sənədi ictimaiyyətə təqdim olunub

25 noyabr, 16:02
15

ARTİ tərəfindən təbiət fənni üzrə tapşırıqların panel müzakirəsi keçirilib

25 noyabr, 15:27
57

Tələbələrin kredit borcunun 433 min manatı bağışlanıb

25 noyabr, 14:50
24

Bölgələrdə yeni layihəyə start verilib

25 noyabr, 14:37
125

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbula start verilir

25 noyabr, 14:36
20

Şərqşünas-alim Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib

25 noyabr, 14:30
24

Paytaxt məktəblisi beynəlxalq yarışda qızıl medal qazandı

25 noyabr, 14:28
1047

Biləsuvarın tanınmış məzunları olan internat məktəbindən REPORTAJ

25 noyabr, 13:14
21

“BilBacar” müsabiqəsinin noyabr ayı üzrə “Yarış” mərhələsinə start verilib

25 noyabr, 12:55
38

Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq 

25 noyabr, 12:53
16

ARTİ tərəfindən layihə çərçivəsində seçilmiş 67 məktəbdə mentorluq davam edir

25 noyabr, 12:36
20

BMU-da “Yaşıl enerji” mövzusunda elmi seminar keçirilib

25 noyabr, 12:34
25

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəsmi saytı istifadəyə verilib

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.