21 noyabr 2024

Bütün xəbərlər
test
19 noyabr, 18:27
51

Azərbaycan ilk dəfə Avropanın ən böyük hakatonu olan "Junction 2024"də iştirak edərək tarix yazıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, Elm və Təhsil Nazirliyinin nəzdində olan Təhsilin İnkişafı Fondunun və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə EESTEC Baku tərəfindən təşkil olunan "JunctionX Baku"24 tədbirinin qalibi olan "Evergreen" komandası 8-10 noyabr tarixlərində Helsinkidə keçirilən qlobal tədbirdə iştirak edərək Fingrid tərəfindən təşkil olunan "Empowering Development Transparency" (İnkişafın Şəffaflığını Gücləndirmək) adlı çağırışda qalib gəlib və 1,500 avro mükafat qazanıb.

"Fingrid" Finlandiyanın enerji sistemini idarə edən və elektrik bazarına aid məlumat mübadiləsini təmin edən Datahub-un fəaliyyətinə rəhbərlik edir. "Evergreen" komandasının təqdim etdiyi "Aligned" layihəsi, B2B müştərilərinin proqram təminatındakı yeniliklərdən xəbərdar olmasını, funksional tələbləri izləməsini və inkişaf mərhələlərini real vaxtda izləməsini təmin edən mərkəzləşdirilmiş platformadır. Süni intellekt dəstəyi ilə "Aligned" fərdiləşdirilmiş bildirişlər və müştəri-tərəfdaş əməkdaşlığını asanlaşdıran rahat istifadəçi təcrübəsi təklif edir.

"Junction 2024" 80-dən çox milləti təmsil edən, dünyanın müxtəlif yerlərindən gələn 1000-dən çox seçilmiş iştirakçını bir araya gətirib və tədbir ərzində 48 saatda 250-dən çox layihə yaradılıb. Bu il hakatona 3000-dən çox müraciət daxil olub, bütün bunlar "Junction"un Avropada innovasiya sahəsində mötəbər bir tədbir olduğunun göstəricilərindəndir.  

Bu uğur Azərbaycanın "Junction"da ilk iştirakını və elə ilk təmsilçilikdə qalibiyyət qazanmasını tarixi bir hadisəyə çevirir. "Evergreen" komandasının uğuru ölkəmizin istedadlı gənclərinin və innovativ potensialının qlobal səviyyədə nümayişidir.

1 /7

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/19%20November%202024/d680cd87-95b1-4cc2-b82f-6e2a2e9982e6_1000308475.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/19%20November%202024/91b0b717-269b-4cd7-9272-0c1d9b44e23c_1000308473.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/19%20November%202024/839d3bd3-79ad-4825-82a1-f0b9f85ab752_1000308471.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/19%20November%202024/89c31727-ddec-4064-9b58-15eedd800f49_1000308469.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/19%20November%202024/bd46cd45-2d0a-46a1-8412-01d6f072578d_1000308467.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/19%20November%202024/785209b0-717f-422d-849d-2c6ba5e51fea_1000308463.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/19%20November%202024/b9e5b351-af0c-4ba5-b8d4-361e027b3bf4_1000308465.jpg

Xəbər lenti

21 noyabr, 13:15
0
21 noyabr, 12:43
8

Məktəblərin xarici qiymətləndirilməsi necə aparılır? – Avropa ölkələrinin təcrübəsi

21 noyabr, 12:37
6

“Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində metodistlik fəaliyyətləri davam edir

21 noyabr, 12:12
8

Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək

21 noyabr, 11:03
13

İqlim Elm Olimpiadasının mükafatlandırma mərasimi keçirilib

21 noyabr, 11:03
43

Azərbaycan universitetləri "Times Higher Education" reytinqində TOP 500-də yer alıb

21 noyabr, 10:51
35

Emin Əmrullayev: “60 manatı 80 və ya 90 manat etsək, elmimiz 20-30 faiz irəli getməyəcək”

21 noyabr, 10:09
13

Pakistan universitetinin nümayəndələri AzTU-da olublar

21 noyabr, 09:42
32

Bayıldakı Zəngilan məktəbi Reza Deqatinin vəsaiti hesabına tikilib

21 noyabr, 09:22
25

Reza Deqati: Mən fotoqraf kimi tanınmışam, amma əslində müəlliməm

21 noyabr, 09:08
10

Azərbaycanda “Silicon Vadisi” bazası əsasında yeni İT Akademiyası fəaliyyətə başlayır

21 noyabr, 09:04
13

ADNSU-da Birləşmiş Ərəb Əmirlikləri Universiteti ilə birgə simpozium keçirilib

20 noyabr, 23:24
20

Nazir: 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır, rasionallaşmaya getməliyik

20 noyabr, 23:10
19

Dövlət sifarişi ilə oxuyan tələbələr üçün ayrılan təhsil xərcləri artırılır

20 noyabr, 22:57
15

35 ölkədən 100 nəfər "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”na layiq görülüb

20 noyabr, 22:48
23

Gələn il daha çox tələbə təhsil krediti ala biləcək

20 noyabr, 22:36
20

Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti üçün 10 milyon manat ayrılacaq

20 noyabr, 22:26
30

Qarabağ Universitetinə tələbə qəbulu artırılacaq

20 noyabr, 22:18
22

Nazir: Hər il 500 nəfərədək gəncin xaricdə ali təhsil alması təmin olunacaq

20 noyabr, 22:01
25

Gələn tədris ilindən SABAH proqramının əhatə dairəsi genişləndiriləcək

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.