Bütün xəbərlər
28 noyabr, 12:20

Türkiyədə yaşı 13-dən kiçik olan uşaqların sosial media proqramlarına və sosial şəbəkələrə daxil olmasının qadağan edilməsi üçün işlərə başlanılıb.

“Azərbaycan müəllimi” Türkiyənin “Sabah” qəzetinə istinadən bildirir ki, Ailə və Sosial Xidmətlər Nazirliyi Türkiyə Böyük Millət Məclisi ilə birlikdə 13 yaşdan kiçik uşaqların smartfon istifadəsini məhdudlaşdırmaq üçün iş görür. 

Hazırda sosial media proqramlarına və sosial şəbəkələrə girişi qadağan etmək məqsədilə “İnternetdə yayımlanan nəşrlərin tənzimlənməsi və bu nəşrlər vasitəsilə törədilən cinayətlərlə mübarizə haqqında” Qanuna dəyişikliklərin edilməsi məqsədilə araşdırma aparılır. 

Akademik Tuncay Dilçi bir çox ölkələrdə 13 yaşdan kiçik uşaqlar üçün smartfonların qadağan edildiyini bildirərək, Türkiyədə də oxşar təcrübənin gündəmə gətirilməsini təklif edib. "Əgər uşağın “təhlükəsizlik” zəifliyi və ya problemi varsa, bu uşaqlar üçün təhlükəsizliyin təmini və ünsiyyət məqsədi ilə düyməli telefonlardan istifadə edilməlidir". 

Qəzet Ailə və Sosial Xidmətlər Nazirliyinin uşaqların sosial media və sosial şəbəkələrdən istifadəsi ilə bağlı dünya təcrübələrini də təqdim edib. 

Qeyd edilib ki, Çində 16 yaşından kiçik uşaqların valideynlərinin icazəsi ilə sosial media hesabı açması tələb olunur. ABŞ-ın bəzi ştatlarında 14 yaşdan kiçik şəxslərin sosial mediadan istifadəsini qadağan edən qanun təsdiqlənib. Bu qanun 2025-ci ildən qüvvədə olacaq.

Fransada yaşı 15-dən kiçik olanlar valideynlərinin icazəsi ilə sosial şəbəkələrdən istifadə etməlidirlər. Cənubi Koreyada 16 yaşından kiçik uşaqların gecə saat 00.00-dan 06.00-a qədər onlayn oyun oynaması qadağandır.

Böyük Britaniya və Rusiyada yaşı 13-dən aşağı olanlar yalnız onlayn platformalarda hesab aça bilirlər. İtaliyada 14 yaşından kiçik şəxslərin mobil telefona sahib olması, 16 yaşından kiçiklərin isə sosial şəbəkələrdə profil açması qadağandır. Avstraliyada yaşı 14-dən kiçik olanlar üçün sosial media qadağası var. Qadağaya əməl etməyənlərə qarşı ciddi cəzalar və sanksiyalar tətbiq olunur. Yunanıstan da uşaqların sosial mediadan istifadəsi ilə bağlı araşdırma aparır. İrlandiyada yaşı 16-dan aşağı olanların smartfonlardan istifadəsinə tam qadağa qoyulması müzakirə olunur. 

Şərhlər

Xəbər lenti

16 sentyabr, 21:42

BƏƏ ilə təhsildə süni intellektin genişləndirilməsinə dair Memorandum imzalanıb

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 16:40

Yüksək ballı tələbələr müəllimliyi seçdilər

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

16 sentyabr, 14:52

Lənkəran-Astara üzrə 8910 nəfər I siniflərdə dərslərə başlayıb

16 sentyabr, 14:44

MDU-da “İnnovativ Tədris və İnkişaf” layihəsi çərçivəsində dərslərə başlanılıb

16 sentyabr, 14:42

Qazax-Tovuz regionunda 80 təhsil müəssisəsində infrastruktur yenilənib

16 sentyabr, 14:37

Naxçıvanlı karateçilər ölkə çempionatında 1 qızıl, 3 gümüş medal qazanıblar

16 sentyabr, 14:37

ICESCO-nun Baş direktoru Şuşa 1 nömrəli məktəb və Qarabağ Universitetində olub

16 sentyabr, 14:26

“Parla” təqaüd və inkişaf proqramına qəbul üçün qeydiyyat başladı

16 sentyabr, 14:15

Birləşmiş Dünya Məktəbinin ilk azərbaycanlı tələbəsi

16 sentyabr, 13:13

Universitetlərdə aparılan akkreditasiya zamanı hansı nöqsanlar aşkarlanıb?

16 sentyabr, 12:35

Bəzi xarici universitetlər siyahıya düşməmək üçün TKTA-ya müraciət edirlər

16 sentyabr, 12:31

Sədr saxta diplom məsələsinə aydınlıq gətirib

16 sentyabr, 12:28

Qeyri-formal və informal təhsilin tanınması üzrə agentliyə 226 müraciət daxil olub

16 sentyabr, 12:26

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

16 sentyabr, 12:17

“Mühəndislik” ixtisası üzrə xaricdə təhsil alanların peşə imtahanında müvəffəqiyyət göstəriciləri 21 faizdir

16 sentyabr, 12:04

“Hüquqşünaslıq” üzrə imtahanda iştirak edənlərin yalnız 22%-i şəhadətnamə alıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.